Xəbər lentiwidget-title-icon

Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır

Təhsil tələbə krediti: borc yükü yoxsa, təhsil dəstəyi?

2021-ci il iyunun 17-də Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond sayəsində akademik göstəriciləri yüksək olan tələbələrin illik təhsil haqqı ödənilir. Tələbə məzun olduqdan sonra isə bu vəsaiti 10 il ərzində fonda geri qaytarmalıdır. Bu mexanizm tələbəyə təhsil haqqını vaxtında ödəməkdə kömək edir, lakin eyni zamanda məzunu uzun müddət kredit öhdəliyi altında saxlayır.

Belə olan halda sual yaranır: Təhsil Tələbə Krediti tələbəyə həqiqətən də dəstək olur, yoxsa onu borc yükü altına salır?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

Müsahibimiz qeyd edib ki, bu gün reallıq budur ki, minlərlə ailə övladının ali və ya peşə təhsilini davam etdirmək istəyir, amma illik təhsil haqqını birdəfəlik ödəməkdə çətinlik çəkir:

"Bu suala cavab verərkən məncə əsas məsələ niyyətə və mexanizmin fəlsəfəsinə baxmaqdır. Təhsil Tələbə Krediti Fondunun yaradılmasında əsas məqsəd gənci borclu etmək yox, təhsildən kənarda qalmasının qarşısını almaq olub. Bu gün reallıq budur ki, minlərlə ailə övladının ali və ya peşə təhsilini davam etdirmək istəyir, amma illik təhsil haqqını birdəfəlik ödəməkdə çətinlik çəkir. Fond məhz bu nöqtədə tələbə və valideyn üçün nəfəs yeri yaradır.

Təhsil Tələbə Krediti tələbəyə ilk növbədə zaman qazandırır. Gənc “təhsil haqqını indi necə ödəyim?” stressi ilə yox, oxuduğu ixtisası mənimsəməyə fokuslanaraq təhsil alır. Valideyn üçün isə bu mexanizm ailə büdcəsini bir anda sarsıdan böyük maliyyə yükünü uzunmüddətli və planlı öhdəliyə çevirir. Bu, xüsusən aztəminatlı və sosial həssas ailələr üçün çox ciddi üstünlükdür".

Fond tələbəni məzun olduqdan sonra da tək buraxmır:

"Dünya təcrübəsinə baxanda görürük ki, bu model yeni və riskli yanaşma deyil. Məsələn, ABŞ, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə tələbə kreditləri on illərdir tətbiq olunur və ali təhsilin kütləviləşməsində əsas alətlərdən biri hesab edilir. Bu ölkələrdə də məzunlar təhsilə görə dərhal yox, məhz gəlir əldə etdikdən sonra ödənişə başlayırlar. Yəni fəlsəfə eynidir: əvvəl təhsil, sonra mərhələli məsuliyyət.

Azərbaycan reallığında isə Təhsil Tələbə Krediti Fondunun fərqləndirici tərəfi onun sosial yönümlü olmasıdır. Akademik göstəriciləri yüksək olan tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması, sosial kreditlərin mövcudluğu, yaş məhdudiyyətinin olmaması, eyni ailədən bir neçə övladın bu imkandan yararlana bilməsi – bütün bunlar mexanizmin təkcə maliyyə yox, sosial ədalət aləti kimi qurulduğunu göstərir.
Digər vacib məqam isə odur ki, Fond tələbəni məzun olduqdan sonra da tək buraxmır. Məzunların məşğulluğunun dəstəklənməsi, maliyyə savadlılığı üzrə təlimlər, karyera və təcrübə proqramları bu mexanizmin sadəcə “pul ver, sonra geri al” prinsipi ilə işləmədiyini sübut edir. Bu yanaşma valideyn üçün də güvən yaradır: övladının gələcəyi təkcə kredit öhdəliyi ilə yox, dəstək mexanizmi ilə birlikdə düşünülür".

Ona görə də mən bu suala belə baxıram:

Təhsil Tələbə Krediti tələbəni borc yükü altına salmaq üçün yox, təhsilə çıxışı təmin etmək və gələcək üçün imkan yaratmaq üçün mövcuddur. Əgər bu mexanizm olmasaydı, bu gün minlərlə gənc ya təhsilini yarımçıq qoyar, ya da ümumiyyətlə ali və peşə təhsilindən kənarda qalardı.

Sonda demək istərdim ki, Təhsil Tələbə Krediti bir “borc hekayəsi” yox, təhsilə inam hekayəsidir. Düzgün istifadə olunduqda bu mexanizm həm tələbə, həm valideyn, həm də bütövlükdə cəmiyyət üçün insan kapitalına yatırılan strateji sərmayədir".

Oxşar xəbərlər

Bütün xəbərlər