Xəbər lentiwidget-title-icon

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb
Qobustan məktəbində ingilis dili gecəsi maraqla qarşılandı
Psixoloqdan valideynlərə üç vacib məsləhət
"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür

Kənan Kərimzadə: Növbəti dörd ildə tələbələrin 15–20%-i ingilisdilli proqramlardan məzun olacaq

“Hazırda Azərbaycanda 22 mindən çox tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır və yalnız bu il həmin ixtisaslara qəbul olanların sayı 10 min nəfərə çatıb. Bu isə o deməkdir ki, ölkəmizdə ümumilikdə 240–250 min tələbə varsa, onların təxminən 15–20%-i növbəti dörd ildə ingilisdilli proqramlardan məzun olacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məktəblilərin ingilis dili öyrənməsini dəstəkləyən yeni rəqəmsal məzmunun təqdimatı mərasimində söyləyib.

O bildirib ki, məktəblərimizin təxminən 98–99%-də ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır: “Bugünkü dünyada ingilis dilinin strateji, iqtisadi və sosial əhəmiyyəti haqqında kifayət qədər danışılıb. Bu gün dünyada 1,5–2 milyard insan ingilis dilində danışır. Bu dil ölkə gəncləri, peşəkar təhsil mütəxəssisləri, iqtisadçılarımız, biznes nümayəndələrimiz üçün geniş dünyaya daha güclü körpü qurmağa imkan verən strateji vasitədir. Əlbəttə ki, bir çox ölkələr kimi Azərbaycan da ingilis dilini əsas xarici dil kimi ümumi təhsil müəssisələrində tədris edir və təxminən 98–99% məktəbimizdə ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır.

Xatırlayıram ki, 10–15 il, hətta 20 il əvvəl bu sahədə böyük çətinliklər vardı. Azərbaycandan kənarda təhsil almaq istəyən gənclər yüksək potensiala malik olsalar belə, dil və kommunikasiya bacarıqları zəif olduğu üçün çox vaxt ölkə sərhədlərini aşa bilmirdilər. Bu gün isə sevindirici haldır ki, artıq bu tipli problemlər yoxdur”.

Nazir müavini qeyd edib ki, ingilis dili ilə bağlı keyfiyyət sahəsində irəliləyişlər var, lakin bu, hələ kifayət deyil: “Qarşıdakı dövrdə əsas diqqət keyfiyyətin artırılmasına yönəlməlidir. Keyfiyyətdən danışanda bir neçə əsas istiqamət var.

Birinci istiqamət, şübhəsiz ki, müəllim hazırlığıdır. İkinci istiqamət təhsilin məzmunu və tədris materiallarıdır. Bu baxımdan bu gün burada təqdim olunan rəqəmsal, yeni standartlı platformalar böyük əhəmiyyət kəsb edir. Üçüncü istiqamət isə ölkələrarası mübadilələr, ali təhsildə ingilisdilli proqramların və ingilis dilində tədris olunan ixtisasların genişləndirilməsidir:

"Qeyd etmək istərdim ki, son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, videoresurslar, indi “Rəqəmsal məktəb” platforması hazırlanıb. Bu platformalarda ümumilikdə on minlərlə ingilis dilində məzmun yaradılıb. Vacib elementlərdən biri də dərsliklərimizin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Pandemiya dövründən — 2020-ci ildən etibarən biz xüsusilə Kembric Universiteti ilə əməkdaşlıq edərək dərsliklərimizi beynəlxalq formatlara uyğunlaşdırmağa başlamışıq".

Nazir müavini əlavə edib ki, başqa bir vacib nüans müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır. Son iki ildə Elm və Təhsil Nazirliyi tərəfindən təxminən 10 400 xarici dil müəllimi sertifikatlaşdırmadan keçirilib və sevindirici haldır ki, bu müəllimlərin 86%-i imtahanlardan yüksək nəticə ilə uğurla keçiblər. Təxminən 40% müəllimin əməkhaqqı 35%, 45% müəllimin əməkhaqqı isə 10% artırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər