Xəbər lentiwidget-title-icon

Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!

Universitetlərdə mühazirə-seminar sistemi getdikcə ləğv edilir

Bu gün bir çox universitetlərdə artıq mühazirə-seminar sistemi ləğv edilib. Dərslər interaktiv şəkildə təşkil olunur. Müəllim istədiyi vaxt tələbədən dərs soruşa və bir mövzu ətrafında müzakirə apara bilər.

Bu sistem gələcək kadrlar üçün hansı üstünlükləri təmin edəcək?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanlı danışıb.

O, qeyd edib ki, universitetlərdə bu cür quruluşun olması, məncə, faydalıdır:

"Mühazirə-seminar sistemi demək olar ki, qabaqcıl universitetlərdə tətbiq edilmir, çünki normal, yəni inkişaf etmiş ali təhsil sistemində fənni tədris edən şəxs həm mühazirəni aparır, həm də o mühazirədə verdiyi mövzularla bağlı tələbələrlə müzakirələr aparır və dolayısıyla dərsin sahibi birbaşa professor olur.

İllərdir Bolonya prosesinə daxil olan Azərbaycan ali təhsil sistemində dərs mühazirə formasındadır müəllim 15 həftə ərzində mövzuları təqdim edir, sonra isə həmin mövzularla bağlı interaktiv müzakirələr aparılır. Qeyd etdiyim kimi, bu dərslər praktik də ola bilər o zaman daha çox laboratoriyalar və texniki vərdişlərin öyrədilməsi ön plana çıxır".

Universitetlərdə bu cür quruluşun olması, məncə, faydalıdır:

"Çünki müəllim təqdim etdiyi materialları daha sonrakı saatlarda tələbələrlə müzakirə edir və bu da tələbələrin debat, müzakirə və çıxış qabiliyyətlərinin inkişafına kömək edir. Dünyadakı ümumi tədris sistemlərinə baxsaq:

Passiv metod - burada sadəcə müəllim danışır, tələbələr isə qeydlər aparır, mühazirələri yazır. Bu üsul daha çox 1960-70-ci illərdə universitetlərdə geniş yayılmışdı. O dövrdə kitab, ədəbiyyat çatışmazlığı və internetin olmaması səbəbindən bu, başa düşülən idi. Günümüzdə isə mənbələr hər tərəfdən rahatlıqla tapılır. Artıq mühazirələrin tələbələr tərəfindən yazılması bu nəsil üçün nə məcburidir, nə də effektiv. Çünki internet nəsli istədiyi məlumatı asanlıqla əldə edə bilir. Bu səbəbdən müəllimə düşən əsas vəzifə mövzunu izah etmək, müzakirəli şəkildə təqdim etmək və tələbəni düzgün mənbələrə istiqamətləndirməkdir.

Hazırda müəyyən bir mövzu üzrə kifayət qədər mənbə var. Amma bu mənbələrin hansının daha düzgün və praktik olduğunu göstərmək, başa düşülməyən hissələri izah etmək müəllimin əsas roludur. Bu yanaşma ilə dərslər qurulmalıdır və bu cür metodlara "aktiv tədris", "aktiv mühazirə" deyilir".

Böyük qrupların birləşdirildiyi "patok" sistemində interaktiv dərslər çətin olur:

"Bundan əlavə, bəzi universitetlərdə "interaktiv tədris" üsulu da tətbiq edilir. Azərbaycanda da bəzi universitetlərdə bu metodlar sınaq olaraq istifadə olunur. Interaktiv metodda müəllim daha çox moderator rolunu oynayır. Mövzu öncədən tələbələrə verilir, onlar hazırlaşır və dərsdə müzakirə aparılır. Müəllim isə bu müzakirələri ümumiləşdirir, hansı qrupun düzgün, hansının səhv olduğunu və səbəblərini izah edir.

Bu interaktiv metod da faydalıdır çünki doğru fikir müzakirələr nəticəsində ortaya çıxır. Aktiv metodda isə müzakirənin məqsədi doğruya çatmaqdır. Tələbələrin çıxıb fikir bildirməsi isə məlumatların yadda qalmasını artırır. Təbii ki, interaktiv metod üçün müəyyən infrastruktur olmalıdır. Məsələn, tələbə sayı az olmalıdır bu, magistr dərslərində debat formatında tətbiq oluna bilər.

Amma bakalavr səviyyəsində, xüsusilə də böyük qrupların birləşdirildiyi "patok" sistemində interaktiv dərslər çətin olur. Buna baxmayaraq, aktiv dərslər keçirmək mümkündür. Müəllim dərsi təqdimatlar vasitəsilə aparır, zaman-zaman tələbələrə suallar ünvanlayır və onları müzakirəyə cəlb edir. Bu isə tələbələrin dərsdə daha fəal, diqqətli və maraqlı olmalarına şərait yaradır".

Oxşar xəbərlər

Bütün xəbərlər