Azərbaycanda 15 yaşlı qız evləndirilmək üçün təhsildən yayındırılıb

Beyləqanda 15 yaşlı qız təhsildən yayındırılaraq evləndirilmək üzrədir.
tehsilmedia.info xəbər verir ki, bu barədə Qadın və uşaq sığınacağı feysbuk səhifəsi paylaşıb.
Qeyd olunub ki, artıq qonşulara dəvətnamələr belə paylanılıb.
Məlumata görə, azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb.
Azyaşlının evlilik barədə razılığının olmaması bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə məsələ ilə bağlı araşdırma aparılır.



























