Xəbər lentiwidget-title-icon

“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ

Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!

Azərbaycan xalqının milli varlığını, mənəvi zənginliyini yaşadan ən böyük dəyərlərdən biri ana dili və əlifbasıdır. Tarixin keşməkeşli yollarından keçərək bu günə gələn Azərbaycan dili xalqımızın kimliyinin, bütövlüyünün, azadlıq və müstəqillik uğrunda mübarizəsinin simvoluna çevrilmişdir. Ana dili və Azərbaycan əlifbası günü yalnız bir bayram deyil, həm də xalqımızın dilinə olan sevgisinin, ona sədaqətinin, gələcək nəsillərə bu sərvəti olduğu kimi ötürmək əzminin təntənəsidir. Bu gün dilimizə göstərilən qayğı və diqqət, əlifbamızın müasir inkişafı ümummilli lider Heydər Əliyevin milli-mənəvi irsə verdiyi böyük önəmin parlaq təzahürüdür.

Hər bir xalqın milli varlığını yaşadan, onun köklərini dərinləşdirən ən böyük sərvətdir dil. Azərbaycan xalqı əsrlər boyu öz dilini qorumuş, inkişaf etdirmiş və bu gün onu dövlət dili səviyyəsinə yüksəltmişdir. 1 avqust – Ana dili və Azərbaycan əlifbası günü isə bu müqəddəs dəyərin təntənəsi, xalqımızın dilinə və əlifbasına olan sədaqətinin, sevgisinin simvoludur.

Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun “Milli mənsubiyyətini itirməyən xalq heç vaxt məhv olmur. Bunun əsasında isə ana dilinə sədaqət dayanır” sözləri dilimizin milli varlığımız üçün nə qədər mühüm olduğunu aydın ifadə edir. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi təsdiq olunmuş, latın qrafikalı əlifbamız bərpa edilərək müstəqilliyimizin, milli dirçəlişimizin rəmzinə çevrilmişdir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək qeyd edir: “Azərbaycan dili bizim milli sərvətimiz, dövlətçiliyimizin əsas sütunudur. Biz ana dilimizi qoruyacaq və inkişaf etdirəcəyik.” Bu gün ölkəmizdə həyata keçirilən dil siyasəti, dövlət proqramları, təhsil və elm sahəsində görülən işlər dilimizin zənginliyinin qorunmasına, gənc nəsillərin saf və düzgün Azərbaycan dilində yetişməsinə xidmət edir.

Ana dili və əlifbamızın qorunması təkcə dövlətin deyil, hər birimizin müqəddəs borcudur. Biz dilimizi nə qədər sevib, ona sahib çıxsaq, milli kimliyimizi, tarixi yaddaşımızı bir o qədər güclü qoruyarıq. Bu günün qeyd olunması da gələcək nəsillərə dilimizin əhəmiyyətini daha dərindən dərk etdirmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı tarix boyunca bir neçə əlifba dəyişiklikləri ilə üzləşmişdir. Ərəb, latın, kiril və yenidən latın qrafikasına keçid prosesi yalnız texniki dəyişiklik deyil, həm də siyasi və mədəni yönümlü bir hadisə olub. Bugünkü texnoloji dövrdə gənclərin əsas ünsiyyət vasitəsi sosial şəbəkələrdir. Azərbaycan dili bu sahədə də yaşamalı, tətbiq olunmalı və sevilməlidir. Bunun üçün bir sıra tədbirlər görülür. Süni intellekt texnologiyalarında Azərbaycan dilinin təmsilçiliyi genişləndirilir, mobil tətbiqlərdə, təhsil platformalarında və internet kontentlərində rəqabətqabiliyyətli dil modelimiz yaradılır.Dilimiz oxuyub anlama bacarığımızın əsas dayanağıdır. Bu bacarıq hər bir insanın təhsilində və şəxsi inkişafında mühüm rol oynayır. Ancaq onun yüksək səviyyədə formalaşması üçün ən əsas şərt ana dilimizi mükəmməl bilmək və düzgün istifadə etməkdir. Dilimiz nə qədər zəngin, ifadə imkanları geniş və düzgün öyrədilərsə, uşaqların və gənclərin mətnləri anlama, təhlil etmə və yaradıcı düşünmə qabiliyyəti bir o qədər güclü inkişaf edəcəkdir.

Oxuyub-anlama bacarığı yalnız məktəb uğurları üçün deyil, biliyə, elmə və milli düşüncəyə açılan geniş bir qapıdır. Ona görə də ana dilimizi sevmək, onu düzgün öyrətmək və inkişaf etdirmək hər bir müəllimin, valideynin və bütövlükdə cəmiyyətimizin əsas vəzifəsidir. Dilimiz sadəcə bir ünsiyyət vasitəsi deyil, vətənimizin səsi, milli ruhumuzun ifadəsidir. Bu dilin qorunması, inkişafı və sevdirilməsi yalnız müəllimlərin və yazıçıların deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.

Azərbaycan xalqı bu gün fəxrlə deyir: Ana dilimiz bizim varlığımızdır, milli sərvətimizdir, dövlət müstəqilliyimizin əbədi rəmzidir.

Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,

müəllim, “Müasir metodist” layihəsinin metodisti,

yazar, “Özünə Yox De” kitabının müəllifi Nigar Mahi

Oxşar xəbərlər

Bütün xəbərlər