Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI

Son günlər yaranan bəzi məsələlərdən dolayı ətrafda müxtəlif fikirlər səsləndirilir. Belə ki, bəziləri qeyd edir ki, gələcəkdə rus dili dərslikləri ləğv edilməlidir və s. Hətta ali məktəblərdə belə bu bölmənin dayandırılması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılmışdı.

Maraqlıdır, Azərbaycan məktəblərində rus dili dərslikləri ləğv oluna bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, əgər hər hansı bir dövlət başqa bir dövlətin dilini öz ümumi orta və ya ali təhsil müəssisələrində tədris edirsə, bu, həmin dövlətə olan hörmətin, qarşılıqlı dostluğun və münasibətlərin bir təzahürüdür:

“Azərbaycanda rus bölməsinin fəaliyyəti, şagirdlərin rus dilində təhsil alması, ali təhsil müəssisələrində rus bölməsi üzrə ixtisasların mövcudluğu - bütün bunlar tarixi köklərə və ölkəmizdə yaşayan rusdilli əhalinin mövcudluğuna əsaslanır. Azərbaycanda rus dilinə olan maraq da bunu sübut edir. Hazırda ölkəmizdə 250-300 minə yaxın abituriyent rus bölməsində təhsil alır. Bu isə o deməkdir ki, rus dilində tədrisə tələbat var və dövlət də buna şərait yaradır.

Eyni zamanda bu, Azərbaycanla Rusiya arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin nəticəsidir. Hazırda Çinlə də münasibətlər inkişaf etdirilir və Çin dilinin tədrisi ilə bağlı da addımlar atılır. Yəni bu cür tədris istiqamətləri qarşılıqlı dövlət münasibətləri çərçivəsində formalaşır. Əgər bu münasibətlərdə hər hansı pozuntu olarsa, Azərbaycan dövləti də təbii olaraq bu sahədə addımlar ata bilər.

Rus bölməsi ilə bağlı hər hansı dəyişiklik olacaqsa, bu tədricən, mərhələli şəkildə həyata keçirilə bilər. Məsələn, ali məktəblərdə və ümumtəhsil müəssisələrində rus bölməsi üzrə plan yerlərinin azaldılması kimi tədbirlər görülə bilər.

Əgər qarşı tərəf Azərbaycan dilinə, vətəndaşlarına qarşı hörmətsizlik edərsə, Azərbaycan da eyni hüquqla cavab verə bilər. Bu proseslər, təbii ki, birbaşa deyil, zamanla və mərhələli şəkildə baş verə bilər”.

“Məsələn, Bakı Slavyan Universitetində rus dilində tədris daha çoxdur, eləcə də bir çox məktəbdə rus bölməsi fəaliyyət göstərir”, - deyə ekspert bildirib.

“Amma gələcəkdə bu sahəyə təsir edə biləcək dəyişikliklər mümkündür. Qeyd edim ki, sosial şəbəkələrdə yayılan "Rus bölməsi dayandırıldı" xəbərlərinə rast gəldim. Mən ümumiyyətlə, hər hansı sosial platformada yayılan məlumata dərhal inanmıram. Əvvəlcə çalışıram ki, rəsmi qurumların mövqeyini araşdırım. Araşdırdığım zaman gördüm ki, bu məsələ ilə bağlı heç bir rəsmi məlumat yoxdur və belə bir qərarın verilməsi də doğru olmazdıYəni bütün rus bölməsinin tədrisinin birdən-birə dayandırılması real görünmür. Düşünürəm ki, belə bir addım olsa belə, bu yalnız mərhələli şəkildə həyata keçirilə bilər. Buradan bir daha vətəndaşlarımıza səslənib demək istəyirəm ki, zəhmət olmasa, qeyri-rəsmi, təsdiqlənməmiş məlumatları yaymayın. Sosial şəbəkələrdə hər hansı bir xəbər yayıldıqda insanlar onu düşünmədən paylaşırlar. Bu da öz növbəsində dezinformasiyanın böyük kütlələrə çatmasına səbəb olur. Bu yolverilməzdir. Biz yalnız dövlət qurumları tərəfindən verilən rəsmi məlumatlara etibar etməliyik.

Əgər Rusiyada Azərbaycan dilinə və azərbaycanlılara qarşı hörmətsizlik davam edərsə, Azərbaycanda da rus dilinin tədrisi mərhələli şəkildə azaldıla bilər. Bu, dövlətin tam hüququdur. Azərbaycan müstəqil siyasət yürüdür və qarşılıqlı hörmət prinsipi əsas götürülür. Əgər Azərbaycana hörmət göstərilmirsə, dövlət də buna cavab verməyə qadirdir və ehtiyac olarsa, bunu edəcək.

Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Prosesin gedişatını izləmək lazımdır. Ola bilsin ki, bəzi qüvvələr bu məsələ üzərindən siyasi gərginlik yaratmaq istəyirlər. Amma düşünürəm ki, dövlət başçıları bu məsələdə bir araya gəlib ortaq razılıq əldə edəcəklər. Vaxt keçdikcə məsələ daha da aydınlaşacaq.

Yaxın müddətdə rus bölmələrinin birdən-birə ləğv olunması və ya rus dilində tədrisin tamamilə dayandırılması mümkün deyil. Əgər belə bir proses olarsa, o da mərhələli şəkildə həyata keçiriləcək”.

Oxşar xəbərlər

Bütün xəbərlər