Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Füzuli Təhsil Sektorunda nələr baş verir?

Füzuli Təhsil Sektorunda nələr baş verir?

tehsilmedia.info saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Daha əvvəl də bu haqda paylaşım etmişik. Görünən odur ki, problem problem olaraq da qalır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən Füzuli rayon 39 nömrəli məktəbin müəllimlərdən olan Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Sifahanov Coşqunun direktor müavini kimi fəaliyyət göstərməsinə mane olmaq üçün əlindən gələni edir və ədavət apararaq yeni oyunlara da əl atır.

Coşqun Sifahanov bildirir ki,
4 iyun 2025-ci il tarixdə təyinatla bağlı Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun binasına dəvət olunmuşam. İçəri daxil olan kimi müdir Ramella Məmmədova mənə qərəzli şəkildə Qayıdış qəsəbə 4 və 5 nömrəli məktəbləri şifahi şəkildə təqdim etdi. Digər vakansiyaları isə mənə bildirilmədi. "Sən də Qayıdış məktəbi uzaqdır, getmirsən, imtina yaz, vaxtımızı alma" - dedi, mən isə "Belə vakansiya təqdim edilmir, vakansiya siyahısı vətəndaşa təqdim olunur, şəxs özü seçir" - dedim. Etirazımı bildirdim. 146 çağrı mərkəzinə zəng vurdum, özbaşınalıqları barədə məlumat verdikdən sonra səhhətim pisləşdi, ondan sonra sanki təşvişə düşərək mənə digər vakansiyalardan biri olan Qarabağ kənd tam orta məktəbini təklif etdilər, düzdür, razılıqla qəbul etdim. Amma ilk öncə, dedim ki, bildiyim qədəri ilə həmin məktəbin təşkilati işlər üzrə müavini tədris işləri üzrə müavin keçməsi ilə bağlı məsələ var, əgər elə bir məsələ varsa, mən həmin məktəbə getməyim, dedilər ki, xeyr, elə söhbət yoxdur. Mən də bunların sözünə inanaraq ərizə yazdım, sevinə-sevinə getdim. Sən demə, oyun bundan sonra başlayırmış, deyilənlər düz imiş, həmin məktəbin müavinin yerini dəyişərək tədris işləri üzrə direktor müavini olması üçün təqdimatı lap fevral ayından gedib. Deməli, burada da məqsəd var imiş ki, mən gedim o məktəbə, istər-istəməz problemlə qarşılaşım, kiminsə işinə mənəvi problem yaradan şəxs kimi olum, yəni bu cür anlaşılım. Mən məktəbə direktor müavini təyin olunmaq istəyirəm, həmin məktəbə işlərində kömək olmağa gedirəm, problem yaratmağa, kiminsə arzularının qarşısına sədd çəkən şəxs olaraq getmirəm. Hər şeydən öncə insanlıq gəlir, mən kiməsə maneə ola bilmərəm, o mənə yaddır. Müdir həmin məktəbin direktoruna da, mənə də bildirir ki, sən get, sonra həll olunar, sən ikinci müavin olarsan, o da birinci müavin təyin olunar. Mən də onda dedim ki, elə isə mənə ən yaxın olan, maşınla 5-10 dəqiqəlik məsafədə olan qonşu məktəb-Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilati işlər üzrə direktor müavini yerini verin, gedib sakitcə işləyim. Yoxsa Qarabağ kənd tam orta ümumtəhsil məktəbinə birinci müavin gedib sonra ikinci olmaq mənə lazım deyil.
Mən lap əvvəldən dedim ki, Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin müavinliyini niyə təklif etmirsiniz? Axı cənab Nazirimiz brifinqdə də bildirirdi ki, rəhbər şəxslər yaxın ərazidən təyin olunmalıdır. Yaxın məktəbdir də. Həmçinin 26 nömrəli tam orta ümumtəhsil məktəbində 3 il pedaqoji fəaliyyətlə məşğul olmuşam, ona görə də pedaqoji heyətlə, valideynlərlə, şagirdlərlə də tanışam, yad deyiləm. Mənim həmin məktəbə təyin olunmağım daha doğru olar. Bunu dedikdə sektor əməkdaşı mənə bildirdi ki, oranı sizə təklif edə bilmərik. Müavinin artırma müqaviləsi bitməyib. Budur bunların gənclərə verdiyi önəm?
Belə etdikləri halda pilləkənlə enərkən halım pisləşdi, huşumu itirdim, təcili tibbi yardım gəlib müdaxilə etdikdən sonra özümə gəlmişəm.

Artıq ikinci dəfədir ki, mən sektora getdikdə məni əsəbləşdirərək bu vəziyyətə salırlar. Yəqin ki, mənim səhhətim onlara sərf edir.
Mənə Ramella Məmmədova deyir ki, "Sənin məqsədin bilinmir".
Sual verirəm: Rahatlığını istəmək, problemdən uzaq qaçmaq, yaxın məktəbdə fəaliyyət göstərmək arzusu nə vaxtdan məqsədsizlik olub?
Amma onların məqsədi artıq bəllidir ki, mənim sağlamlığımla oynayaraq, məni öldürmək istəyir.

Coşqun Sifahanov isə əsl vakansiya siyahısına uyğun olaraq 26 nömrəli məktəb və ya 39 nömrəli məktəbə təyinat almaq istəyir. Məlum olub ki, 26 nömrəli məktəbin direktoru Coşqun Sifahanovu müavin kimi istəmədiyi üçün ora təyin edilmir. Coşqun müəllim isə haqlı olaraq bildirir ki, axı direktorun belə bir haqqı yoxdur. Məktəb dövlətindir və dövlətin imtahanı isə müavin olmuşam. İndi niyə məktəbə müavin təyin olunmayım?! Axı məktəb direktorun şəxsi mülkü deyil?!

Bir gənc müəllimi bu qədər incitmək, hüquqlarını tapdalamaq təhsil sektoruna yaraşan hərəkət deyil. Təəsüflər olsun ki, yersiz ədavət və prinsiplərin olması vəziyyəti bu hala gətirib.

Ümid edirik ki , aidiyyatı qurumlar məsələnin həlli ilə məşğul olar. Qeyd edək ki, Coşqun Sifahanov məsələ ilə bağlı cənab nazir Emin Əmrullayevin də qəbulunda olmuş və məsələnin mütləq həll ediləcəyi bildirilmişdir.

Oxşar xəbərlər

Bütün xəbərlər