Xəbər lentiwidget-title-icon

Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu
Pirəkəşkül Kəndinin Qüruru: Murad Yusiflinin Böyük Zəfəri
Neçə abituriyent 300 bal topladı ?
15 mart imtahanının nəticələri AÇIQLANDI
Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib
“Son zəng”də geyim müzakirəsi - məktəb forması məcburi ola bilərmi?

Qarabağ Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Qarabağ Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq məsələlərinə dair növbəti görüş keçirilib.

Onlayn formatda keçirilən görüşdə dünyanın müxtəlif ölkələrinin universitetlərində və elmi-tədqiqat müəssisələrində çalışan tanınmış azərbaycanlı alimlər iştirak ediblər.

DAAB İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev giriş sözü ilə çıxış edərək DAAB-ın əsas fəaliyyət istiqamətləri və Qarabağ Universiteti ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə iştirakçıları məlumatlandırıb. M.Əfəndiyev regionun hərtərəfli inkişafına mühüm töhfə verəcək Qarabağ Universitetinə DAAB üzvləri tərəfindən müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov təmsil etdiyi ali təhsil müəssisəsində həyata keçirilən fəaliyyətlər və gələcək planlar barədə danışıb. Rektor DAAB ilə bu günədək formalaşan əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək Qarabağ Universitetinə göstərilən maraq və dəstəyə görə təşəkkürünü bildirib. Ş.Bayramov birgə əməkdaşlığın Universitetin strateji inkişaf hədəflərinə çatmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Görüş çərçivəsində ortaq elmi-tədqiqat layihələrinin icrası, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə yaşayan azərbaycanlı alimlərin mühazirələrinin təşkili, birgə elmi konfrans, forum və simpoziumların keçirilməsi və digər əməkdaşlıq istiqamətləri müzakirə olunaraq razılaşdırılıb.

Görüşün sonunda Qarabağ Universiteti və DAAB arasında konkret əməkdaşlıq istiqamətlərini əhatə edən birgə fəaliyyət planı təsdiq edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər