Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Bakıda Tibb Festivalı keçiriləcək

Bakıda Tibb Festivalı keçiriləcək

Aprelin 8-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti konfransı keçirilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, açılış nitqi ilə çıxış edərək öncə professor-müəllim heyətini salamlayan fakültənin dekanı dosent Elşad Novruzov tələbələrin gələcəkdə alim kimi yetişməsində Tələbə Elmi Cəmiyyətinin rolunu xüsusi vurğulayıb. O, elmi məruzələrin təqdimatı üçün rəqabət mühitinin yaradıldığını və universitetin rektoru professor Gəray Gəraybəylinin TEC-in fəaliyyətini daim diqqətdə saxlaması sayəsində bu sahəyə maraq göstərən tələbələrin sayının ildən-ilə artdığını bildirib. Terapevtik paneldə 25, cərrahi paneldə 32, təməl elmlər panelində isə 14 məruzə olmaqla, ümumilikdə 71 məruzənin dinləniləcəyini xatırladan fakültənin dekanı, fakültə üzrə qiymətləndirmədə aparılan islahatların əhəmiyyətindən də danışıb. Həmçinin maraqlı tədqiqat işlərinin ərsəyə gəlməsində elmi rəhbərlərin əməyini yüksək qiymətləndirərək, onların etimadını doğruldacaqlarına əmin olduğu tədqiqatçı tələbələrə uğurlar arzulayıb.

TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov həm tələbələri, həm də müəllimləri Tələbə Elmi Cəmiyyəti Şurası adından salamlayaraq bu cür konfransların ənənəvi olaraq hər il keçirildiyini, ən bacarıqlı, ən layiqli tələbələrin bu prosesə cəlb edildiyini və seçilən tədqiqat işlərinin nüfuzlu elmi jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, son illərdə təhsilimizdə, elmimizdə qazanılan nəticələrə nəzər saldıqda, həqiqətən də, böyük bir inkişafın şahidi oluruq: “Bu inkişafın başlanğıcı və ünvanı, ilk növbədə, Ulu Öndərin adı ilə bağlıdır. Elmi fəaliyyət istiqamətində görülən işlər bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bizim də əsas məqsədimiz bu qayğıya cavab olaraq istedadlı, bacarıqlı, intellektual səviyyəsi yüksək olan tələbələri aşkar etməkdir. Fakültə Tələbə Elmi Cəmiyyətində iştirakçı sayının çox olması da bir göstəricidir. Tələbələrimizin beynəlxalq konfranslarda da uğur qazanması sevindirici haldır. Bu baxımdan I Müalicə-profilaktika fakültəsinin tələbələrinin Səmərqənddə keçirilən beynəlxalq olimpiadanın qalibi olması yüksək nəticədir və bu münasibətlə Fakültə Tələbə Elmi Cəmiyyətinin rəhbərliyini ürəkdən təbrik edirəm”.Elmi-tədqiqat işləri ilə bağlı əsas hədəflərə də toxunan TEC-in elmi rəhbəri gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini deyib və bunu hörmətli rektorun tədqiqatçı tələbələri daim diqqətdə saxlaması, elmi araşdırmalar üçün universitetimizdə əlverişli şəraitin yaradılması ilə əlaqələndirib.

6-8 may 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalının keçiriləcəyi haqqında da tədbir iştirakçılarına məlumat verən M.Həsənov hər fakültədən seçilmiş ən yaxşı məruzələrin həmin festivala təqdim ediləcəyini söyləyib.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Vəsadət Əzizov da konfransda çıxış edərək, öz təəssüratlarını bölüşüb. Uzun illər Tələbə Elmi Cəmiyyətində fəaliyyət göstərdiyini xatırladan professor bügünkü konfransa bu qədər maraq göstərilməsindən məmnunluğunu dilə gətirib və təşkilati işi yüksək qiymətləndirib. Bildirib ki, elmi-tədqiqat işinin formalaşdırılması əslində insanın özünü formalaşdırır, nitq qabiliyyətini inkişaf etdirir və fikrini qısa müddətdə tam ifadə etmək imkanı yaradır. Eyni zamanda hər bir tələbənin tədqiqat işinin məqsədinə, məramına uyğun nəticələr əldə etməsinə zəmin hazırlayır.

Bundan sonra konfrans öz işini terapevtik paneldə davam etdirib.

Oxşar xəbərlər

Bütün xəbərlər