Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Müəllimlər DİM tərəfindən də sertifikasiyaya cəlb olunacaq

Müəllimlər DİM tərəfindən də sertifikasiyaya cəlb olunacaq

Azərbaycan dili ölkənin əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, təhsil sisteminin də təməl dayağıdır. Bu dilin daşıyıcıları arasında müəllimlərin rolu xüsusilə qeyd edilməlidir, çünki istənilən fənnin tədrisi və elmi biliklərin ötürülməsi ilk növbədə aydın və düzgün dil bacarığı tələb edir. Bir sözlə təhsil verənin Azərbaycan dilini bilmə səviyyəsi onun pedaqoji effektivliyinə birbaşa təsir edir.

Məsələn xarici dil müəlliminin öz ana dilini kifayət qədər bilməməsi, tədrisin keyfiyyətini aşağı salma ehtimalı yüksəkdir. Çünki dilin əsasları zəif olduqda, ikinci bir dili öyrətmək daha da çətinləşir. Eyni şəkildə riyaziyyat, fizika, kimya və digər fənlər üzrə dərs deyən müəllimlər də Azərbaycan dilində fikrini dəqiq və aydın şəkildə ifadə edə bilməlidir. Əks halda, müəllim nə qədər savadlı olsa da, bildiyini qarşı tərəfə ötürməkdə çətinlik yaşayacaq.

Bu səbəbdən Dövlət İmtahanı Mərkəzi (DİM) tərəfindən keçiriləcək olan Azərbaycan dili üzrə ümumi sertifikasiyanın tətbiqində bütün fənn müəllimləri üçün vacib hesab edilir. Mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Elçin Əfəndi bildirib ki, DİM sədri Məleykə Abbaszadənin də səsləndirdiyi kimi burada Azərbaycan dilindən daha çox istifadə olunan istiqamətlərdə çalışan mütəxəssislərin bilik və bacarıqların yoxlanılması vacibdir. Bu həm dilimizin qorunması, həm də dil daşıyıcıları tərəfindən gələcək nəsillərə müəyyən informasiyaların düzgün çatdırılması baxımından önəmlidir. Bu səbəbdən də müəllim, yazıçı və jurnalistlərin prosesə cəlb olunması gözlənilir.

“Düzdür Azərbaycan dili üzrə Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiya keçirilir, amma Dövlət İmtahan Mərkəzi tərəfindən də ümumi sertifikasiyaya bütün müəllimlərin cəlb olunmasını bir müddət sonra başlayacağını görəcəyimizi düşünürəm.

Həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Mətbuat Şurasının rəhbəri Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanına yazıçı və jurnalistlərin cəlb olunması və prosesdə iştirakının vacibliyini vurğulayıblar. Bu səbəbdən də ilkin prosesdə sözügedən iki ixtisas sahiblərinin, daha sonra isə fənn müəllimlərinin cəlb olunması gözləniləndir” – deyə E. Əfəndi vurğulayıb.

Onun sözlərinə görə, bütün fənn müəlimlərinin ixtisasları üzrə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanı 2027-ci ildə yekunlaşacaq və bundan sonra bütün fənn müəllimləri DİM-in təşkil etdiyi ümumi dil bacarıqlarını yoxlayan sertifikasiyadan keçəcək.

“Proses həm nazirlik, həm də DİM-in birgə təşkilatçılığı ilə aparılmalıdır, bundan başqa Azərbaycan dili, riyaziyyat, fizika, musiqi, rus dili və digər müəllimlərin hamısının bu prosesdə aktiv iştirakının vacibliyi də vurğulanmalıdır. Ümid edirəm bu mərhələdə müsabiqə şərtini ödəyə bilməyənlərə qarşı daha ciddi tədbirlər görüləcək. Bilirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında müəllimlərə ikinci şans verilir və yalnız ikinci şansı doğrultmayan müəllimlərin əmək məcəlləsinə xitam verilir. Ümid edirəm, Azərbaycan dili üzrə ümumi biliklərin yoxlanılması məsələsində eyni hal və mahiyyəti daşımaz”.

Oxşar xəbərlər

Bütün xəbərlər