Xəbər lentiwidget-title-icon

Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır

BSU Naxçıvanda “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirib

BSU Naxçıvanda “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirib

Martın 5-də Bakı Slavyan Universiteti (BSU) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib. Görüşdə ümumtəhsil məktəblərinin pedaqoji heyəti və psixoloqları iştirak edib.

Tədbirin moderatoru, BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev giriş nitqi ilə çıxış edərək, universitetin inklüziv təhsil konsepsiyası və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin nümayəndələrini salamlayaraq, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə və Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, bu görüşlər BSU-da 2022-ci ildən etibarən həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)” layihəsi çərçivəsində təşkil olunur və indiyədək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dörd regional təhsil idarəsində analoji tədbirlər baş tutub. Rektor öz çıxışında pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığının məzmununun təkmilləşdirilməsi, ümumtəhsil məktəblərində çalışan müəllimlərin inklüziv təhsil ehtiyaclarının müəyyən edilməsi və onların peşəkar bacarıqlarının artırılması istiqamətində dəstək mexanizmlərinin gücləndirilməsi kimi prioritet istiqamətləri vurğulamışdır. Həmçinin, inklüziv təhsilin təşviq edilməsi, şəbəkələşmə imkanlarının genişləndirilməsi və inklüziv cəmiyyətin formalaşdırılması prosesində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr haqqında bəhs edib.Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Naxçıvan MR Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Gültəkin Rüstəmli, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova və Heydər Əliyev adına tam orta məktəbin psixoloqu Vəfa Qasımova çıxış edərək, inklüziv təhsilin əhəmiyyəti, onun cəmiyyətin inkişafında rolu, bu sahədə mövcud vəziyyət və qarşıya çıxan çətinliklər barədə ətraflı danışıblar. Eyni zamanda, inklüziv təhsilin təkmilləşdirilməsi, müəllimlərin bu istiqamətdə hazırlanması, inklüziv tədris mühitinin formalaşdırılması və əlçatanlığın artırılması ilə bağlı təkliflər səsləndiriblər.

Daha sonra inklüziv təhsilin mövcud vəziyyətinin dəyərləndirilməsi, regionlarda inklüziv təhsilin tətbiqi zamanı üzləşilən çətinliklər və onların həlli yollarının müəyyən edilməsi məqsədilə iştirakçılar arasında sorğular təqdim edilmişdir.

Görüş inklüziv təhsil sahəsində təcrübə mübadiləsi, perspektivlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Bütün xəbərlər