Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Nadir İsrafilov: “Buraxılan səhvləri bilmədən yeni səhvlərin buraxılacağı qaçılmazdır”

Nadir İsrafilov: “Buraxılan səhvləri bilmədən yeni səhvlərin buraxılacağı qaçılmazdır”

“Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq…”

(Abdullah ibn Muhəmməd - İslam alimi)

Hələ 15 iyun 1999- cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və mərhum prezidentimizin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” işıq üzü gorəndə çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki Proqrama islahatın əsas məqsədlərindən biri kimi “bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi.

Proqramda təsbit olunmuş “təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi“ və “təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.

Ən başlıcası isə Proqramdakı “təhsil sisteminin hüquqi tənzimlənməsi”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, “idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.

Biz nə etdik? Dövlət komissiyası tərəfindən hazırlanmış Təhsil sahəsində İslahat Proqramını imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtdıq, formasını bayağılaşdırdıq, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə olan qalanını da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.

Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyrlərə istinad etməyə xüsusi önəm verilirdi. İslahat Proqramının qüvvədə olduğu ilk 15 il kəsiyində təhsilimizdə baş verən aşınmalar, yayınmalar və digər ziddiyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətlləndirilməlidir. Qənaətə gəldiymiz bəzi faktları konkretləşdirək:

Bu gün həmın Poqram arxivə göndərilsə də istər- istəməz coxsaylı suallara cavab axtarmalı oluruq,
- Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
- Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqı baza yaradıldımı?
- Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
- Təhsil sisteminin idarə olunmasinda inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
- İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
- İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
- Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
- Funksiyaların yuxaridan aşağıya paylanması prosesi reallaşdımı?
- Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
- Əsas hədəf təhsil verənə və alana yönəldimi?
- Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
- Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?
- Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
- Təhsilin inhisarsızlaşdırılması baş verdimi?

Sualların sayını nə qədər artırsaq belə, nəticə etibarı ilə bir cavab alınacaq; Təhsil sahəsində dövlətin təsdiq etdiyi Proqramı bir kənara qoyub, əsasını subyektiv mülahizələr, fərziyyələr və ehtimallara əsaslanan hansısa təşəbbüsü, ideyanı, yaxud da istiqaməti məlum olmadan atılan bir addımı fetişləşdirərək, islahatçılıq hərəkatı kimi qələmə verib, bu dərin və ümidverici məfhumu arxivə göndərdik.

Başlayaq elə ibtidai sinif müəllimlərindən. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər.” Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də kimya, biologiya, coğrafiya və digər fənnlər üzrə müəllim defesiti ilə baş-başa qalmışıq. Ibtidai sinif müəllimlərimizin göstəriciləri də ki…

Nəzərə almadıq ki, təhsilmizin bünövrəsi sayılan ibtidai təhsil tədrisin təməlidir. Təhsilalanlara ılkin охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmağın əsası təhsilin məhz bu pilləsndə qoyulur. Təhsilimizin təməlini aylıq kursları bitirib “yenidən hazırlananlara” etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi və ya belə bir “gediş” təhsilin, yoxsa kursların və onların təşkilatçılarının maraqlarına hesablanmışdı?

Ardı var…

Oxşar xəbərlər

Bütün xəbərlər