Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...

Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...

Şokoladdan stul davasına keçid təhsili
Bir aya yaxındır, orta və ali təhsil müəssisələrində şokolad yarışması gedir.

Şagird və tələbələr müəllimlərə şokolad gətirir, bunu çəkib paylaşırlar.

Bilirdim ki, bunun bir axırı olacaq. Bu da nəticə. Şokoladdan bol-bol yeyən müəllim şirniyyatın təsirinə düşdü, özünü yığışdıra bilmədi və şagirdə stul atdı. Sabahda zadda eşidəcəksiniz ki, müəllim şagirdi bıçaqlayıb, təəccüblənməyin. Yəni, Emin Əmrullayevin rəhbərlik etdiyi təhsil sistemindən hələ çox şey gözləmək olar. Nəinki stol yarışı, bıçaqlanma, baltalaşma, silahlı qarşıdurma da olar. Axı, Emin Əmrullayev təkdir, çatdıra bilmir. Özünün dediyi kimi, 4 min orta məktəbdə 150 mindən artıq müəllimə necə nəzarət eləsin?

Adam yorular e. Siz də qınayırsız, cənab naziri. Neyləsin? Otursun, axşama qədər məktəb-məktəb gəzib, müəllimlərə nəzarət eləsin? Olmaz axı. Əgər cənab nazir bütün günü müəllimləri addım-addım izləsə, bəs ölkənin təhsil strategiyası qalır axı.

İstəyirsiniz, Azərbaycan təhsili batsın? Azərbaycan təhsilini məhv etmək nə verəcək sizə? Ondansa, şagirdlər məhv olsun da. Bir şagirdin məhv olması təhsildə dənizdən bir damcı azalmaq deməkdir. Bir damcı ilə nə olacaq ki? O qədər damcılar gedib ki təhsildən...

Heç o damcılar yığılıb göl olanda Emin Əmrullayevə heç nə olmadı, indi olacaq?

Lap deyək ki, məktəbdə müəllim şagirdi stulla yox, bıçaqla vurdu. Hə, nə olsun? Bir şagirdi vurub da, sinfi qırmayıb ki? Lap ən pisi, şagird öldü. Öldü, öldü də. Olmasın 28 şagird, olsun 27, nə dəyişəcək? Onsuz da şagirdlərin sayı çoxdu, nəzarət etmək çətinləşir. Bir az qırılsalar yaxşıdır, say azalır. Say azaldıqca, nəzarət də güclənə bilər.

Nazir keçən dəfə dedi də. Bildirdi ki, məktəbdə zorakılıq adi haldı. Dedi ki, hadisə olandan sonra araşdırılır, əgər yüngül hadisədirsə, özləri "daxili razborka" ilə həll edir, ağırdırsa, hüquq-mühafizə orqanlarına deyirlər, onlar həll edirlər məsələni.

Bax, bundan artıq nə istəyirsiniz cənab nazirdən? Bundan artıq neynəsin? Hər şeyi asanlaşdırıb, adiləşdirib də cənab nazir. Məktəbdə hər şey əlçatandır, bir təhsildən başqa.

Bu vaxta qədər həsədlə baxırdıq ki, görəsən, müəllim niyə müqəddəsdir? Görəsən, müəllim də yatanda gözlərini yumur? Görəsən, müəllim də nahar edir? Axı, bunların heç biri ilə rastlaşmırdıq məktəbdə. Elə məktəbə çatanda o qədər başımızı qarşdırırdılar dərs oxumağa ki, başqa heç nəyi görə bilmirdik. Nə müəllimin siqaret çəkməsini, nə çörək yeməsini, nə sinifdə yatmasını. Bir növ "kor" eləmişdilər bizi. Elə şey olar? Müəllimi o qədər müqəddəs eləmişdilər ki, onun haqqında heç bir informasiya ala bilmirdik. Atamızın yanında etdiyimizi müəllimin yanında edə bilmirdik. Çox pis şey idi.

Heyif deyil indi? İndi müəllimlə siqaret çəkirsən, müəllimlə bir yerdə dönər alıb yeyirsən, müəllimlə eyni ayaqyolundan istifadə edirsən. Hətta orta məktəbin həyətində "Oba"marketə qədər açdırıb sizin üçün. Niyə şagird nəsə almaq üçün dərsdən yayınıb, məktəbi tərk edib, 500 metr yol gedib Qəzənfərin dükanından nəsə alsın? Elə düz məktəbin içərisində açılan "Oba"marketə gir, nə istəyirsən al, çıx. Elə şokolad trendlərini də çəkəndə həmçinin. Sinif otağının pəncərəsini açırsan, qışqırırsan "Oba"marketin satıcısına ki, ordan 2 kilo şokolad gətir, müəllimə veririk, vəssalam!

Müasirlik, sadəlik bax, budur! Emin Əmrullayev bunu aşılayır sizə. Sadə olun, o qədər sadə olun ki, müəllimlə zarafat da edin, müəllim sizə stul atsın. Bundan gözəl təhsil olmaz, cənablar! Şokoladlnız bol olsun!

Samir Əli - TNS.az

Oxşar xəbərlər

Bütün xəbərlər