Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Tarix dərslikləri şagirdlərdə çaşqınlıq yaradır: “Bəzi mövzular yenidən araşdırılmalıdır”

Tarix dərslikləri şagirdlərdə çaşqınlıq yaradır: “Bəzi mövzular yenidən araşdırılmalıdır”

Bu gün həm ali məktəbə hazırlaşan abituriyentlər, həm də orta məktəb şagirdləri tarix fənnini öyrənməkdə çətinlik çəkirlər. Onların əsas bəhanəsi illərin çoxluğu və yadda saxlamağın çətin olmasıdır. Bundan əlavə, dərsliklərdə baş verən dəyişikliklər təhsil alanlar üçün əlavə çətinlik yaradır.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tarix müəllimi Kamran Quliyev bildirib ki, Azərbaycan tarix dərsliklərinə köklü dəyişikliklər edilməli, mövzular yenidən araşdırılmalı və obyektiv yanaşmalar ortaya qoyulmalıdır:“Tarixi xronoloji cəhətdən öyrənmək hər kəs üçün eyni səviyyədə olmur, çünki bu, əsasən yaddaşa əsaslanan bir sahədir. Lakin tarixi xronoloji ardıcıllıqla bilmək vacibdir. Bununla yanaşı, Azərbaycan tarixində bəzi mövzulara az yer ayrılır. Xüsusilə Cənubi Azərbaycanın tarixi ilə bağlı mövzular kifayət qədər geniş tədris olunmur. Məsələn, Nadir şahın imperiyasının parçalanmasından sonra yaranan xanlıqlar dövrü ilə bağlı Cənubi Azərbaycanın tarixinə çox az diqqət yetirilir. Bu mövzular şagirdlərə yalnız ümumi bir başlıq altında təqdim edilir. Lakin Şimali Azərbaycanın xanlıqlarına gəldikdə, hər bir xanlığa ayrıca dərs saatları ayrılır. Azərbaycan torpaqlarını Dərbənddən Zəncana qədər götürdükdə, həmin ərazilərin tarixi prosesləri şimal xanlıqları ilə paralel şəkildə öyrənilməlidir”.

K.Quliyev həmçinin qeyd edib ki, IX-XI əsr feodal dövlətləri bölməsində Şəddadilər dövlətinə geniş yer ayrıldığı halda, Şirvanşahlar dövləti, Sacilər, Salarilər və Rəvvadilər kimi daha uzun müddətli və Azərbaycanın birləşməsinə xidmət etmiş dövlətlərə nisbətən daha az diqqət yetirilir:

“Bu, bəlkə də müəyyən yerlipərəstlikdən irəli gəlir. Halbuki, Şirvanşahlar dövləti daha geniş coğrafi və tarixi təsirə malik olub, Sacilər və Salairlərin hakimiyyəti altında Azərbaycan ilk dəfə vahid şəkildə birləşdirilmiş, Rəvvadilər isə Azərbaycanın cənubunu idarə edən mühüm dövlətlərdən biri olmuşdur. Mövzuların dərsliklərdə sütun formasında təqdim edilməsi isə şagirdlər üçün yorucu olur. Bununla yanaşı, köhnə və yeni mövzular arasındakı fərqliliklər təhsilalanlarda çaşqınlıq yaradır. Hər hansı bir dəyişiklik həyata keçiriləcəksə, bu, uzunmüddətli plan əsasında edilməlidir. Məsələn, ümumi tarix dərsliklərində Qaraxanlı və Osmanlı dövlətlərinin yaranma tarixləri əvvəllər fərqli göstərilirdi, indi isə başqa bir tarix verilir. Bu kimi dəyişikliklər, tarixi öyrənməyə çalışan şagirdlər üçün çətinlik yaradır”.

Müsahibimiz əlavə edib ki, tarix dərsliklərində diqqət çəkən digər bir məsələ isə ədəbiyyatla bağlı şəxsiyyətlərə şagirdlərin səthi yanaşmasıdır:

“Bu mövzuların ədəbiyyat dərsliklərində də tədris edildiyini nəzərə alsaq, tarix dərsliklərindən çıxarılması daha məqsədəuyğun olardı.

Ümumilikdə, Azərbaycan tarixi dərsliklərinə köklü dəyişikliklər edilməli, mövzular yenidən araşdırılmalı və obyektiv yanaşmalar ortaya qoyulmalıdır. Bunun nəticəsində sabit və etibarlı bir tarix kitabı formalaşdırıla bilər ki, bu da təhsilalanlar üçün daha faydalı olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər