Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Uşaqların çətin tərbiyə olunmasının səbəbləri və müasir həll YOLLARI

Uşaqların çətin tərbiyə olunmasının səbəbləri və müasir həll YOLLARI

Uşaqların çətin tərbiyə olunmasının səbəbləri mürəkkəb və çoxşaxəlidir. Bu tək bir faktora bağlanmır. Valideynlərin rolu mühüm olsa da, məsələnin kökü daha geniş miqyaslıdır və müxtəlif amillərin qarşılıqlı təsirindən qaynaqlanır. Elmi araşdırmalar bu mövzuda bir neçə əsas səbəb təqdim edir.

Bu sözləri açıqlamasında Ailə Terapevti və Uzman Psixoloq Səbinə Bayramova bildiribO, qeyd edib ki, məktəb mühitindəki problemlər və ya mənfi dost qrupları uşaqların və yeniyetmələrin davranışlarını təsir edə bilər:

“Ailənin maddi çətinlikləri və ya sosial təcrid kimi amillər uşağın emosional və davranış problemlərinə səbəb olur. Həmçinin, uşaqlıqda yaşanan travmatik hadisələr, itkilər və ya zorakılıq ciddi davranış problemlərinə yol aça bilər. Emosional sabitliyin olmaması və ya emosional ehtiyacların qarşılanmaması da davranış pozuntularına gətirib çıxarır”.

Psixoloq Səbinə Bayramova bildirib ki, müxtəlif mədəniyyətlərin və cəmiyyətlərin uşaq tərbiyəsində fərqli gözləntiləri və normaları var. Bu normalar uşağın davranışına və valideynlərin uşaqlara yanaşma tərzinə təsir edir:

“Çətin tərbiyə olunan uşaqlar üçün müəssisə açmaq cəmiyyətə bir çox müsbət təsir göstərə bilər. Belə müəssisələr uşaqların düzgün tərbiyə olunması və inteqrasiya olunmasında əhəmiyyətli rol oynayır. Bu cür addımların potensial təsirlərini sıralamaq mümkündür: Uşaqların psixoloji və emosional inkişafını dəstəkləyir, onları gələcəkdə cəmiyyətin faydalı üzvləri olmağa hazırlayır; Uşaqlara keyfiyyətli təhsil imkanları yaradır, onların maariflənməsini və gələcəkdə uğurlu vətəndaşlar olmalarını təmin edir; Düzgün tərbiyə alan uşaqların gələcəkdə cinayət fəaliyyətlərinə qoşulma ehtimalı azalır, bu isə cəmiyyətin ümumi təhlükəsizliyini artırır; Həmçinin, bu müəssisələr ailələrə dəstək verir, valideynlərin çətin tərbiyə olunan uşaqlarla bağlı stressini azaldır və onlara uşaqlarının tərbiyəsində daha effektiv üsullar öyrədir; Hər bir uşağın bərabər imkanlara malik olmasını təmin edirlər, bu da cəmiyyətin ümumi inkişafına və daha ədalətli bir cəmiyyətin formalaşmasına kömək edir”.

Psixoloq valideynlərə bir neçə vacib tövsiyə verib:“Uşaqlarınızla açıq və dürüst ünsiyyət qurmağa çalışın. Onları diqqətlə dinləyin və problemlərini anlamaya çalışın. Emosional dəstək verin, onların hisslərini qəbul edin və anlamağa çalışın. Evdə aydın və uyğun qaydalar və sərhədlər təyin edin. Uşaqlar nəyin doğru, nəyin isə yanlış olduğunu anlamalıdırlar. Onlara davranışlarının nəticələrini başa salın və məntiqi, ədalətli nəticələr tətbiq edin.

Uşaqlarınızın müsbət davranışlarını tərifləyin və mükafatlandırın. Bu, onlara düzgün davranışları təkrar etməyə təşviq edər. Tənqidləri konstruktiv və müsbət bir şəkildə edin. Uşaqların özünə güvənini sarsıtmadan onların davranışlarını düzəltməyə çalışın. Övladlarınızın sizdən öyrəndiyini unutmayın. Müsbət davranışlarınızı onlara nümunə göstərin və öz məsuliyyətlərinizi dərk edərək, onlara məsuliyyətli davranmağı öyrədin.

Uşaqlarınıza sabit və davamlı bir rutin təmin edin. Bu, onların özünü güvənli və stabil hiss etməsinə kömək edər. Lazım gəldikdə peşəkar dəstək xidmətlərindən istifadə edin (psixoloqlar, məsləhətçilər və ya ana-ata koçları). Övladınızın inkişafında səbirli və əzmli olun. Onların davranışlarını anlamaq və düzəltmək zaman alacaq.

Valideyn olaraq öz ehtiyaclarınızı da unutmayın. Uşaqların tərbiyəsində mükəmməl olmaq mümkün deyil, amma bu tövsiyələrlə yanaşı peşəkar psixoloq dəstəyi sizə və uşaqlarınıza daha sağlam və uğurlu bir ünsiyyət qurmağa kömək edə bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər