Xəbər lentiwidget-title-icon

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD
"Şagirdlərin çoxu universiteti oxumaq üçün deyil, tələbə olmaq üçün seçir"
Bazar günü 16 minə yaxın bakalavr imtahan verəcək
“Son zəng”lə bağlı sürücülərə MÜRACİƏT
Peşə təhsilinin akkreditasiyası üçün QEYDİYYAT başlayıb
“Təhsil yoxdursa, nazirlik də ləğv edilsin, Əmrullayev isə…” – VACİB AÇIQLAMA

Abituriyentlərin nəzərinə! - Universitetlərdə ayrılan qəbul yerlərinin SAYI

Abituriyentlərin nəzərinə! - Universitetlərdə ayrılan qəbul yerlərinin SAYI


I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1 cəhdi artıq başa çatıb. Hazırda imtahanın 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün ümumilikdə 85150 nəfər qeydiyyatdan keçmişdi. Hazırda ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyatdan keçən abituriyentlərin sayı 30 min nəfərə yaxındır

Elm və təhsil naziri Emin Əmrullayev yerli mətbuata müsahibəsində bildirib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb

Qeyd edək ki, ötən il qəbul planı 53 minə yaxın olub. Beləliklə bu il plan yerləri təxminən 7 min artıb

Bəs ayrı-ayrı universitetlərdə qəbul planı necə olacaq?

Modern.az məsələni dəqiqləşdirmək üçün bir neçə universitetlə əlaqə saxlayıb.

Bu il ilk dəfə tələbə qəbulu elan ediləcək Qarabağ Universitetində qəbul planı 1000 nəfər üçün nəzərdə tutulub. Universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədrisin keçirilməsi planlaşdırılır.

2024/2025-ci tədris ili üçün Azərbaycan Dövlər İqtisad Universitetinə (UNEC) bakalavriat səviyyəsinə 3755 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Universitetin Zaqatala filialına isə 400 nəfər qəbul ediləcək.

Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dəyişikliklər və yeniliklər əksini tapıb. Bu dəyişikliklər təhsilin hər iki səviyyəsi üzrə tələbə qəbulu və ixtisas sayının artım dinamikası, eyni zamanda bakalavriat səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil formasının təşkilində özünü göstərir. Belə ki, BMU-nun bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb. Onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub. Ali təhsil müəssisəsinin magistratura səviyyəsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə ayrılan 215 yerdən 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür.Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən 7 yeni ixtisas sırasında “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır. Yeni ixtisaslara ayrılan yerlərə gəldikdə isə ingilis bölməsinin əyani təhsil formasında nəzərdə tutulan “Fizika”, “Kimya”, “Riyaziyyat” ixtisaslarının hər biri üzrə 30 yer nəzərdə tutulub. Azərbaycan bölməsinin əyani təhsil formasında tədris aparılacaq “Biotexnologiya” ixtisası üzrə 40, “Nəqliyyat mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisaslarının hər biri üzrə 30 yer ayrılıb. Azərbaycan bölməsinin əyani və qiyabi təhsil formasında tədris ediləcək “Şərabçılıq” ixtisası üzrə isə müvafiq olaraq 50 və 20 yer planlaşdırılıb.

Bakı Slavyan Universitetinin bakalavr pilləsi üzrə 1536 qəbul planı nəzərdə tutulub. Ali təhsil ocağından verilən məlumata görə, ötən tədris ilindən fərqli olaraq bu il tərcümə (Azərbaycan dili-fransız dili) ixtisası üzrə də yerlər ayrılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası üçün bu il 440 plan yeri ayrılacaq. Bunların 260-ı Azərbaycan bölməsi, qalanı rus bölməsi üçün nəzərdə tutulub. Akademiyadan verilən məlumata görə, bu il beynəlxalq münasibətlər (50 yer), dövlət və ictimai münasibətlər (50), hüquqşünaslıq (50 yer), politologiya (50 yer), davamlı inkişafın idarə edilməsi (40 yer), dövlət və bələdiyyə idarəetməsi (50 yer), iqtisadiyyat (50 yer), menecment (40 yer), kompüter elmləri (60 yer) ixtisasları üzrə qəbul aparılacaq.

Xəzər Universitetindən bildirilib ki, yeni tədris ilində universistetdə bakalavr pilləsi üzrə 1200 nəfər, magistr pilləsi üzrə 250 nəfər qəbul ediləcək.

Azərbaycan Texniki Universistetindən (AzTU) verilən məlumata görə, ali təhsil ocağının 2024/2025-ci tədris ili üçün qəbul planı 38 ixtisas və iki ikili diplom proqramı üzrə 2645 nəfər nəzərdə tutulub. Hər ixtisasa ayrılan yer müxtəlifdir. Ümumilikdə isə ixtisas üzrə yerlər 20-165 nəfər arasında dəyişir. İkili diplom proqramları Türkiyənin iki universiteti (Ankara və Qazi) ilə həyata keçirilir. Qəbul planında qeyd olunan ixtisaslar üzrə tədris müvafiq olaraq Azərbaycan, ingilis və rus dillərində aparılır.Azərbaycan Dillər Universiteti (ADU) üzrə 2024/25-ci tədris ili üçün bakalavriat səviyyəsində 48 ixtisas üzrə 1740 yer, magistratura səviyyəsində 47 ixtisas üzrə 401 yer təsdiq olunub. Dövlət və ödənişli yerlərin sayı qəbul həyata keçdikdən sonra formalaşır.

Azərbaycan Tibb Universiteti (ATU) üzrə 1100 nəfər plan yeri ayrılıb. 600 nəfər tibb, 112 nəfər stomatologiya (12 nəfəri hərbi stomatoloq üçün), 85 nəfər ictimai səhiyyə, 118 nəfər hərbi tibb, 60 nəfər tibb bacısı, 40 nəfər fizioterapiya, 85 nəfər əczaçılıq ixtisasına qəbul nəzərdə tutulub.

Azərbaycan İdman Akademiyasında 2024/2025-ci tədris ilinə ayrı-ayrı ixtisaslar üzrə bakalavriat təhsil səviyyəsinə tələbə qəbulu üçün aşağıdakı plan təsdiq edilib. İdman menecmenti və kommunikasiya ixtisasına 75, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına 50, məşqçilik ixtisasına 550, fiziki tərbiyə və çağırışaqədərki hazırlır müəllimliyi ixtisasına 300, adaptiv bədən tərbiyəsi ixtisasına 100, ümumi fiziki hazırlıq ixtisasına 525, kütləvi-sağlamlaşdırıcı idman ixtisasına 200 yer ayrılacaq. Qeyd edək ki, bütün ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

2024-2025-ci tədris ilində ADA Universiteti üçün bakalavr proqramları üzrə 980 qəbul yeri, magistr proqramları üzrə isə 510 ayrılıb. Təqdim etdiyi proqramların sayını hər il artıran ADA İtaliya-Azərbaycan Universiteti çərçivəsində sözügedən akademik il üzrə Dizayn və Memarlıq, eləcə də Kənd Təsərrüfatı və Qida Elmləri üzrə yeni fakültələr elan edib.

Oxşar xəbərlər


Bütün xəbərlər

350-dən çox məktəb kağız jurnaldan imtina edib - MÜTDA
Bu il sertifikasiyada 23 mindən çox müəllim iştirak edəcək
14 məktəbdə tətbiq edilən model minlərlə şagirdin nəticəsini dəyişir
40 mindən çox namizəd MİQ-ə qeydiyyatdan keçib - imtahan TARİXİ
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Emin Əmrullayevin son zəng tələbi mübahisəsi
Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbində intellektual yarış keçirilmişdir.
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı
"Valideyn müəllimin işinə hədsiz müdaxilə edir, ona təziyiq göstərir" - Deputatın təhsil resepti
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi keçirilib
"BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb
Qabiliyyət imtahanlarının keçirilmə qrafiki AÇIQLANDI
UNEC-də “Məzun platforması” istifadəyə veriləcək
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Keçmiş məktəb direktoru tutuldu
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir
Agentlik rəsmisi: Fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb
Məktəbdə davamiyyət problemləri: Şagirdlər niyə dərs buraxır? – OECD