Xəbər lentiwidget-title-icon

ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ

Sertifikasiya: Bu il kəsilənlərin sayı arta bilər? - PROQNOZ

Sertifikasiya: Bu il kəsilənlərin sayı arta bilər? - PROQNOZ

2024-cü il üzrə müəllimlərin təkrar sertifikasiya imtahanında iştirak edən 7,296 müəllimdən 3,909-u müvafiq keçid balını toplaya bilməyib. Bu müəllimlərin 3,424-ü ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Bu il də təkrar sertifikasiya üçün imtahan təşkil ediləcək.

Ötənilki statistikaya nəzər saldığımız zaman kəsilənlərin sayının daha çox olduğunu görürük. Nəzərə alsaq ki, bu il təkrar sertifikasiyaya cəlb olunacaq fənn müəllimlərinin sayı çoxdur.

Bəs görəsən, bu il də kəsilənlərin sayı yüksək ola bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, 4 minə yaxın müəllim hər iki cəhd imtahanından kəsilərək iş yerini itirməli olub:

“Həm budəfəki, həm də ötən illərdə keçirilən sertifikasiya imtahanının test mərhələsində hər zaman uğur qazanan müəllimlərin sayı kəsilən müəllimlərin sayından çox olacaq. Əslində, məsələ bu deyil. İndiyə qədər sertifikasiyada iştirak edib uğur qazanan müəllimlərin ümumi sayına nisbətdə kəsilənlərin sayı 10 faizə belə çatmır. Ola bilər ki, bu göstərici bir qədər az və ya çox olsun, lakin ümumilikdə həmin faizə yaxın rəqəmlərdir.

Bizim cəmiyyətdə müəllimə qarşı elə bir yüksək münasibət və bundan doğan tələbkarlıq var ki, alınan rəqəmlər də belə çox görülür. Məsələn, ümumilikdə bu günə qədər keçirilən sertifikatlaşdırma prosesində 4 minə yaxın müəllim hər iki cəhd imtahanından kəsilərək iş yerini itirməli olubdur.

Çünki müəllimlərə 1 dəfə şans verilir və uğur qazanmadıqdan sonra 2-ci cəhdə buraxılır. 2-ci cəhdə minimal göstərici olan 30 ballıq baryeri aşa bilməyən müəllimin əmək müqaviləsinə xitam verilir. İndiyə qədər 10 minlərlə imtahan verən müəllim arasında 4 min belə müəllim vardır. Təbii ki, 10 min rəqəminin içərisində 4 min böyük görünməsə də, amma bu sıradan bir hadisə də deyil.

Bu həm də o deməkdir ki, bu günə kimi bizim məktəblərimizdə fəaliyyət göstərən 4 minə yaxın müəllim öz ixtisasını baza səviyyəsində belə görə bilməyibmiş. Bununla da qeyd etmək istəyirəm ki, uğur qazananların sayı hər il uğursuz nəticə sayından çox olsa da, əsasən ikinci məsələ daha çox qabardılır. Eyni hadisə yay ayları ərzində davam edəcək sertifikasiya imtahanında da özünü göstərəcək”.

Ekspert bildirib ki, məhz ilk dəfə imtahan verən müəllimlər arasında kəsilənlərin sayı bu ildə də olacaq və ötənillə aşağı-yuxarı yaxın kəmiyyətlərdə olacaq:

“Məlumdur ki, 18-25 iyul tarixlərində sertifikasiya prosesinin növbəti imtahanları keçiriləcək. Bunlardan bəziləri ötən il imtahan vermiş müəllimlərin 2-ci cəhd imtahanıdır. Böyük əksəriyyəti isə müxtəlif fənlərdən ilk dəfə imtahan verəcək şəxslər üçündür. 2-ci cəhd imtahanından kəsilənlər artıq iş yerləri ilə vidalaşmalı olacaqlar.

Açığı qeyd edim ki, bu rəqəmin ötənilki qədər böyük olacağını düşünmürəm. Çünki ildən-ilə, xüsusən də 1-ci cəhddə kəsilən müəllimlər iş yerlərini itirməmək üçün öz üzərində işləməyə başlayıblar.

Lakin digər bir qrup var ki, onlar məhz ilk dəfə imtahan verəcək müəllimlərdir. Onlar arasında kəsilənlərin sayı bu ildə də olacaq və ötənilki ilə aşağı-yuxarı eyni kəmiyyətlərdə olacağını deyə bilərəm. Düzdür, bunu demək tezdir. Lakin ümumi proqnoz olaraq demək olar ki, 1-ci cəhd göstəriciləri ötənilki 1-ci cəhd göstəriciləri ilə uyğun, oxşar ola bilər.
Amma builki 2-ci cəhd imtahanının ötənilki qədər ağır kəmiyyətli olacağını düşünmürəm. Səbəb ondan ibarətdir ki, artıq müəllimlər 2-ci cəhd imtahanlarına daha ciddi şəkildə hazırlaşır və iş yerlərini itirməməyə çalışırlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər