Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

İdarəetmə Sistemləri İnstitutunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO

İdarəetmə Sistemləri İnstitutunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) və ADA Universitetinin alim və mütəxəssislərinin süni intellekt əsasında birgə hazırladıqları virtual robotların təqdimatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info”a institutdan bildirilib.

Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Əli Abbasov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqillik və inkişaf naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və siyasi fəaliyyətinin müxtəlif mərhələlərindən ətraflı şəkildə bəhs edib. O, qeyd edib ki, müxtəlif maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyevin əsas amalı daima Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və müstəqilliyi olmuşdur.

Ə.Abbasov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mütləq inkişafla müşayiət olunan dövrdə ölkədə dövlət-elm-istehsalat zəncirinin əsası qoyulub, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə sürətli inkişaf baş verib, istehsalat birlikləri, elmi tədqiqat müəssisələri yaradılıb. Akademik qeyd edib ki, Ulu Öndərin ölkədə təhsilin inkişafına göstərdiyi müstəsna xidmətlərdən biri də Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi olmuşdur. Bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə regionlarda ali təhsil ocaqlarının təsis olunması və elmi potensialın artırılması istiqamətində həyata keçirilən dövlət strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan layihənin əhəmiyyətindən danışan Ə.Abbasov rəhbərlik etdiyi müəssisədə süni intellektin müxtəlif sahələrdə tətbiqi istiqamətində həyata keçirilən işlərdən bəhs edib, bu sahədə müxtəlif dövlət qurumları, ali təhsil müəssisələrilə və özəl şirkətlərlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini bildirib. ADA Universiteti ilə birgə əməkdaşlıq nəticəsində regionda ilk dəfə olaraq virtual robotların təqdimatında həyata keçirilən konfransın əhəmiyyətinə toxunan alim layihənin ərsəyə gətirilməsində göstərilən dəstəyə görə universitetin rektoru, akademik Hafiz Paşayevə və əməkdaşlarına xüsusi təşəkkürlərini ifadə edib. Layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən akademik süni intellektin inkişafı istiqamətində qarşıda duran hədəflərdən söz açıb.

Sonra ADA Universitenin dosenti, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov çıxış edərək İdarəetmə Sistemləri İnstitutu ilə birgə ərsəyə gətirilən layihədən söz açıb. Qeyd edib ki, layihənin hazırlanmasında istifadə olunan Anlat çatbotu süni intellekt modeli kimi digər botlardan fərqli olaraq yalnız mətn deyil, həm də Azərbaycan dilində nitqin tanınması və səsə çevrilməsi xüsusiyyətlərinə də malikdir. Bildirib ki, süni neyron şəbəkələr vasitəsilə çalışan Anlat çatbotunda Azərbaycan dilində nitqin tanınması, səsin mətnə çevrilməsi və qeyd olunan sualın cavablandırılması kimi mərhələlər üzrə yerinə yetirilir.

İSİ-də uzun illər süni intellekt texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən fundamental tədqiqatlardan bəhs edən S.Rüstəmov institut alimlərilə ADA Universiteti arasında sözügedən sahədə səmərəli əlaqələrin mövcud olduğunu və gələcək elmi əməkdaşlıqlara maraqlı olduqlarını bildirib. Süni intellektin insanların rifah halının yaxşılaşdırılması və müxtəlif sahələrin inkişafında oynadığı roldan bəhs edən S.Rüstəmov, həmçinin bu sahədə mövcud problemlərdən bəhs edib.

Daha sonra konfrans virtual robotların təqdimatı ilə davam edib. Müxtəlif virtual robotlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində Azərbaycanın texnoloji inkişafı, elm və təhsil sahələrində həyata keçirilən islahatlar və Azərbaycançılıq məfkurəsilə bağlı verilmiş sualları ətraflı şəkildə cavablandırıblar.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək qeyd edib ki, fitri idarəetmə istedadı, dərin zəka, müdriklik, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Heydər Əliyev müxtəlif elmi və mədəni sahələrin inkişafına yüksək həssaslıqla yanaşaraq cəmiyyətin tərəqqisini məhz elm və təhsilin inkişafı ilə əlaqələndirirdi. Alim Heydər Əliyevin Azərbaycana rəbərlik etdiyi müxtəlif dövrlər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində fundamental elmi tədqiqatların həyata keçirildiyini, mühüm elmi nailiyyətlərin əldə olunduğunu, təhsilin hüdudlarının genişləndirildiyini qeyd edib.

İSİ və ADA Universitetinin əməkdaşlığı nəticəsində təqdim olunan layihənin önəmini vurğulayan Ə.Sadıqov regionda ilk dəfə olaraq həyata keçirilən bu novator layihənin təqdirəlayiq olduğunu qeyd edib, elmi müəssisələr arasında aktual elmi problemlərin həlli istiqamətində ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra AMEA-nın müxbir üzvləri Kamil Ayda-zadə və Qorxmaz İmanov, professor Ramin Rzayev və dosent Gülçin Abdullayeva çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif sahələrindən bəhs edib, təqdim olunan layihənin önəmini vurğulayaraq süni intellekt sahəsində dünya təcrübəsində mövcud müsbət və mənfi nüanslardan bəhs ediblər.

Sonda akademik Ə.Abbasov çıxış edərək bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini hər bir azərbaycanlının qəlbində daim yaşayacağına əminliyini ifadə edib, "Heydər Əliyev İli”ndə Ulu Öndərin irsinin yaşadılması istiqamətində görüləcək işlərlə bağlı tövsiyələrini səsləndirib.

Oxşar xəbərlər

Bütün xəbərlər