Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2023-2024-cü tədris ili üzrə keçirilən dərslər başa çatıb.

BŞTİ və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində keçirilən yekun dərsdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri Dilarə Seyidzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Yekun dərs Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

MÜTDA-nın direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlının - Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda hakimiyyətinin hər iki dönəmində təhsilin ulu öndərin qayğısı, diqqəti ilə inkişaf yoluna qədəm qoyduğunu söyləyən N.Hüseynova qeyd edib ki, bütün fəaliyyəti dövründə elmə, təhsilə prioritet kimi yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdüAzərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri D.Seyidzadə, Sabunçu RİH-nin başçısı A.Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri A.Xudadanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili S.Qurbanov Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərsləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, Azərbaycan məktəbliləri Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şagirdləri maraqlandıran suallar cavablandırılıb, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvlərinin ifasında dahi rəhbərə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər