Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

ASAP Kanadada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Forumu keçirib - FOTO

ASAP Kanadada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Forumu keçirib - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Kanadada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə Kanadanın Toronto Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclər forumu keçirilib.

ASAP-dan "Tehsil.biz"ə bildirilib ki, 100-ə yaxın gəncin iştirakı ilə keçirilən forumda çıxış edən Milli Məclisin deputatı, COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai ekoloji proseslərdə gənclərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, korporativ məsuliyyət kimi mövzulardan danışıb, COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində Azərbaycanın fəal rolunu vurğulayıb.

Sonra çıxış edən ASAP-ın icraçı direktoru Sevda Mansurova iqlim dəyişikliyi ilə mübarizədə qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyi, beynəlxalq əməkdaşlıqların qurulmasında gənclərin və gənclər təşkilatlarının körpü rolunu oynamasının əhəmiyyətindən danışıb.

Panel müzakirəsi formatında davam edən tədbirdə Məsud Əfəndiyev, Feridun Hamdullahpur, İlqar Məmmədov, Waseem Chaudhry, Jude Kong, İbrahim Dincer, Əminə Salmanova, Ulduz Rəhimov və Ali Eslami kimi professor və ekspertlər yaşıl enerji, təbiət, biomüxtəliflik və qlobal dünyamızın qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanılması, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıblar.

Qeyd olunub ki, COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə yüksək etimad və hörmətinin göstəricisidir. Forumda, eyni zamanda, COP29 tədbirinin ölkəmizdə keçirilməsinin gənclər üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparılıb, ekspertlər tərəfindən suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər