Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

MDU Latviyada keçirilən beynəlxalq konfransa tərəfdaşlıq edib - FOTO

MDU Latviyada keçirilən beynəlxalq konfransa tərəfdaşlıq edib - FOTO

Martın 6-da Mingəçevir Dövlət Universiteti (MDU) Latviyada RISEBA Tətbiqi Elmlər Universitetinin (RISEBA University of Applied Sciences) təşkilatçılığı və evsahibliyi ilə keçirilən “FutureScape 2024: Bridging nations for sustainable development of societies” (Gələcəyin mənzərəsi 2024: cəmiyyətlərin dayanıqlı inkişafı naminə xalqlar arasında körpü)” mövzusunda keçirilən beynəlxalq elmi konfransa tərəfdaşlıq edib.

Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Litvanın Vytautas Magnus Universiteti (VMU), Almaniyanın Kaiserslautern Tətbiqi Elmlər Universiteti və Çex Respublikasının Škoda Auto Universiteti də beynəlxalq konfransın tərəfdaşları sırasında yer alıb. Hibrid formatda təşkil edilən beynəlxalq konfransda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tədqiqatçılar və ekspertlər iştirak ediblər.

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, RISEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka və prorektoru İrina Sennikova çıxış ediblər. Açılış nitqlərində konfransın aktual mövzuya həsr olunduğu vurğulanıb, elmi tədbir dayanıqlı inkişaf sahəsində məhsuldar elmi müzakirələrin təşkili və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Sonra konfrans elmi məruzələrlə işinə davam edib. Konfransda yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, əmək bazarı və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

MDU-nun rektoru Şahin Bayramovun “Dayanıqlı inkişaf: konseptual mahiyyəti, reallıqlar və təcrübələr”, AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçerin “Ali təhsil müəssisələrində yaşıl kampus yanaşması: reallıqlar, çağırışlar və həllər” və MDU-nun kafedra müdiri Mehdi Rəhimovun “Dayanıqlı inkişaf və yeni nəslin ehtiyacları kontekstində modern kurrikulum hazırlığı” adlı məruzələri maraqla qarşılanıb.

Qeyd edək ki, Latviyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan RISEBA Tətbiqi Elmlər Universiteti MDU-nun əsas tərəfdaşlarından biridir. Erasmus+ proqramı çərçivəsində universitetlər arasında yaradılan əməkdaşlıq hazırda davam etdirilir. Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məqsədilə akademik və inzibati heyət üzvlərinin qarşılıqlı səfərləri təşkil edilib. Cari ilin martın 4-də Latviyada hər iki ali təhsil müəssisəsinin rektorlarının iştirakı ilə universitetlər arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən beynəlxalq elmi konfransa tərəfdaşlıq Memorandum çərçivəsində həyata keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər