Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu - VİDEO

Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu - VİDEO

Bakının Yasamal rayonunda 52 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Məktəbdə 8-ci sinif şagirdi R.M.-in barmağı qapının arasında qalaraq qopub.

Hadisə barədə xəsarət alan şagirdin anası S.S. Moderator.az-a açıqlamasında deyib:

“Yasamal rayon 52 nömrəli orta məktəbdə fevral ayının 15-i təxmini saat 10:18-də oğlum və sinif yoldaşı dərsdən qaçmaq istəyiblər. Oğlum qaçanda qapıda duran qadın (qapıçı deyil, orada nə işlədiyini bilmirəm) qapını uşağın arxasınca möhkəm çırpıb. Qapı çırpılan zaman uşağın sağ əlinin balaca barmağı qapının arasında qalıb, oğlumun barmağı düşüb. Həmin qadın barmağı götürüb direktorla birlikdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar. Orada ilkin yardım göstərilib və mənə hadisə ilə bağlı məlumat verilib. Mən gedib çatanda dedilər ki, burada o əməliyyat üçün alətlər yoxdur, başqa xəstəxana axtarın. Axırda 6-7 saat sonra "Baku Medical Plaza"da əməlyata götürüldü. 5 saat əməlyyat oldu. Əməliyyat müddətində direktorla müavini yanımızda oldu, amma hadisəni törədən qadın nə yanımızda oldu, nə zəng vurdu. Əməliyyat olan günü mən zəng vurdum, mənə hədə-qorxu gəldi ki, sən gör kiminlə danışırsan, danışığını bil".Şagirdin anası vurğulayıb ki, uşağa 4 dəfə narkoz verilib:

"3 dəfə əməlyata götürüblər, sonra fikirlərini dəyişiblər ki, barmaq yaşıyır hələ. Amma sonda barmaq qaraldı, dibindən kəsdilər. 16 min manata qədər xərcim çıxdı. Onun 4 min manatını məktəbin direktoru ödədi. Qalanını özüm borc-xərclə ödədim. 12 500 sadəcə barmağı tikməyə verdik həmin gecə. Hələ də get-gəldəyik. Uşağımın psixoloji vəziyyəti çox pisdir. Hələ bilmir ki, barmağı dibindən götürülüb. Bunu öyrənməyə hazır deyil”.

Xəsarət alan uşağın atası R. A. da baş verənlərlə bağlı şikayətçi olduğunu vurğulayıb:

"Oğluma xəsarət yetirən bu günə kimi 4-5 dəfə zəng edib. Amma o, gərək mənim yanımda olaydı həmin gün. Mənə nə köməklik etdi, nə də bir şey. Uşağın barmağı da tutmadı. 12 gün sonra oğlumun barmağını təkrar əməliyyat etdilər. Orada başqa bir həkimdən soruşdum ki, sən bu barmağı qəbul edərdin tikməyi? Dedi ki, mən eləməzdim. Amma o həkim pula görə, mənə qol çəkdirib pulumu aldı. Məndən 30 min də istəsəydi, onu verəcəkdim ki, təki o barmaq orada olsun. Barmaq 12 gün sonra qaraldı, kömürə döndü. Mənim uşağımın üstündə eksperiment aparırlar ki, tutacaq, ya tutmayacaq. Amma həkim öz "instagram" hesabında sözügedən əməliyyatı uğurlu əməliyyat kimi paylaşıb mənim uşağımdan reytinq yığır yalandan. Mənə deyə bilərdi ki, bu barmaq tutmayacaq, elə kəsilən yerdən tikərdi əvvəldən”. / Moderator.az

Oxşar xəbərlər

Bütün xəbərlər