Xəbər lentiwidget-title-icon

Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir
Gələcəyin ailə modeli necə olmalıdır? – müzakirə aparıldı
Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!

Qarabağ Universitetində hansı ixtisaslar tədris olunsun? – EKSPERT RƏYİ

Qarabağ Universitetində hansı ixtisaslar tədris olunsun? – EKSPERT RƏYİ

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov ötən gün qərar imzalayıb. Elm və Təhsil Nazirliyi sözügedən Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. Nizamnamə fondu on milyon manat olan Qarabağ Universitetinin tərkibində həm də orta ixtisas təhsili müəssisəsi (kollec) fəaliyyət göstərəcək.

Xankəndi şəhərindəki Qarabağ Universitetinin sadəcə Azərbaycanın deyil, regionun ali təhsil brendi olması, dünyada tanınması üçün hansı addımlar atılmalıdır? Bu ali təhsil müəssisəsində hansı ixtisasların tədris edilməsi daha düzgün olar?

Mövzu ilə bağlı Medianews.az-a danışan ekspert Rizvan Qənbərli bildirib ki, Qarabağda yaradılacaq universitet yalnız ölkəmizin deyil, regionun təhsil və innovasiya mərkəzinə çevrilməlidir. Onun sözlərinə görə, Qarabağ Universitetinin əsas prinsipi gələcəyin tələbələrinə, mütəxəssislərinə dünənki təhsili verməmək olmalıdır: “Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi bir hadisədir. Ümid edirəm ki, Qarabağda yeni yaradılan universitet yalnız ölkəmizin deyil, ümumilikdə regionun təhsil və innovasiya, elmi-tədqiqat mərkəzinə çevriləcək. Qarabağ Universitetinin əsas uğuru və prinsipi bu olmalıdır ki, gələcəyin tələbələrinə dünənin təhsilini verməsin. Ona görə də, çox işlər görülməlidir. Bu hədəf çox böyükdür, buna aparan yol isə çətin və məsuliyyətlidir. Mənim yeni universitetdən gözləntim tədqiqata əsaslanan güclü mütəxəssis yetişdirəcək bir ali təhsil müəssisəsi olmasıdır”.
R.Qənbərli deyib ki, Azərbaycanda bəzi insanlar arasında universiteti peşə məktəbi kimi görməyə meyllilik var. Ekspertin qənaətincə, onlar doğru istiqamət seçməkdə çətinlik çəkirlər: “Belə təsəvvürlər çox təəssüf doğurur. Əslində, universiteti peşə məktəbi kimi görmək olmaz. Dünyada yeni yaradılan universitetlərin qısa müddətdə əldə etdiyi uğurlara diqqət etdikdə görərik ki, bu uğurların arxasında çox güclü elmi-tədqiqat bazası dayanır. Tədqiqata əsaslanan təhsil də daha çox maliyyə tələb edir. Kompüter elmləri kimi yeni ixtisaslarla daha az maliyyə sərf edərək elmi tədqiqat mərkəzi qurmaq mümkündür. Əgər Qarabağ Universitetinin bu sahə üzrə formalaşması mümkün olarsa, həm texnologiya sənayesi, həm də təhsillə onun inteqrasiyası üzrə ciddi uğurlar əldə etmək olar. Bunun üçün uzunmüddətli strategiyaya ehtiyac olacaq. Yaxşı olar ki, universitetə xarici və yerli gənc mütəxəssislər dəvət olunsun”.

Ekspert qeyd edib ki, Qarabağ Universitetində gələcəyin ixtisaslarının təməlini də qoymaq olar: “Texnologiya artıq həyatımızın bir hissəsidir. Universitet modelini qurarkən ixtisaslar üzrə ömür boyu öyrənmə prinsipini də nəzərə almalıyıq. Biz universitetdə dörd il boyunca öyrəndiklərimizlə iş həyatında, ömrümüz boyu kifayətlənə bilmirik. Bunun müasir standartlara uyğun təhsil proqramları ilə dəstəklənməsinə ehtiyac var. Qarabağ Universitetində də bu kimi innovativ yanaşma ilə gələcəyin ixtisaslarının təməlini qoymaq olar. Bundan başqa, Azərbaycanda humanitar elmlər sahəsində boşluqlar var. Bunu ölkədəki bütün ixtisaslara da şamil etmək olar. Texniki istiqamətlərdə ixtisasların formalaşması və sadalanan boşluqların aradan qalxması üçün hər bir ixtisasın yüksək səviyyədə, innovativ, müasir tələblərə uyğun olaraq öyrədilməsi vacibdir. Dünyada tibb, biokimya, iqlim dəyişikliyi, energetika və süni intellekt kimi mövzular gündəmdədir. Bunlar insanlar ilə texnologiya arasında məsafə və uçurumun azaldılmasına xidmət edən sahələrdir. Onların öyrədilməsinə və tədqiq olunmasına ehtiyac var. Yeni universitetin ixtisas seçimində tək Azərbaycanın deyil, dünyanın ehtiyacının nədən ibarət olduğu nəzərə alınmalıdır. Bu baxımdan, Azərbaycanın Xankəndi şəhərində yaradılacaq universitetin məhz sadalanan istiqamətlərə dair ixtisasları öyrədən bir mərkəz olmasını arzu edirəm”.

Oxşar xəbərlər

Bütün xəbərlər