Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

İstanbul Universitetində Rəsulzadənin ildönümü qeyd edilib

İstanbul Universitetində Rəsulzadənin ildönümü qeyd edilib

Türkiyənin İstanbul Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə “Türkiyədəki Azərbaycan: şəxsiyyətlər, cəmiyyətlər, fəaliyyət” mövzusunda tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin Ədəbiyyat fakültəsinin dekanı professor Sevtap Kadıoğlu qardaş ölkələrimiz arasında ortaq tarixi keçmiş barədə danışıb. M.Ə.Rəsulzadənin mətbuatda fəaliyyətinin 50-ci ildönümünün İstanbul Universitetində qeyd olunduğunu, bu ali tədris ocağında professor Əhməd Cəfəroğlu kimi görkəmli azərbaycanlı alimin fəaliyyət göstərdiyini xatırladıb.

İştirakçıları salamlayan ADDF icraçı direktorunun müavini Şahin Camalov tədbirin təşkilinə görə İstanbul Universitetinin rəhbərliyinə və Ədəbiyyat fakültəsinin dekanlığına minnətdarlığını bildirib. AXC-nin varisi olan müasir Azərbaycan dövlətinin bu tarixi irsin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi naminə mühüm addımlar atdığını, Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamının həmin münasibətin bariz təzahürü olduğunu vurğulayıb. AXC-nin ölkəmizdə və mühacirət dövründə qardaş Türkiyədəki fəaliyyət istiqamətlərinə qısa ekskurs edib.

TADEF-in sədr müavini Pərviz Məmmədzadə icmamızın İstanbuldakı ictimai-siyasi, elmi, mədəni fəaliyyətinin tarixindən danışıb, müxtəlif xarici ölkələrdə qarşılaşdıqları məhrumiyyətlərdən sonra Cümhuriyyət qurucularının qardaş Türkiyədə siyasi, ictimai, elmi, mətbuat fəaliyyətini cəmiyyətlər şəklində davam etdirdiklərini bildirib. Dövlət başçımızın müvafiq Sərəncamına əsasən, M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin qardaş ölkədə silsilə tədbirlər şəklində qeyd olunacağını söyləyib.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun hazırda Türkiyədə yaşayan yaxın qohumu, professor İbrahim Yıldırım, Dünya Türkləri Əqrəba Topluluqları Xidmət Dərnəyinin sədri Metin Özkan, İstanbul Azərbaycan Kültür Evinin sədri Hikmət Elp, Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy, azərbaycanlı mühacir rəssam Əkbər Kazım Muğanın nəvəsi, dosent Suna Muğan çıxışlarında “bir millət, iki dövlət” olan ölkələrimiz arasında münasibətlərin tarixindən, Türkiyədə yaşamış tarixi şəxsiyyətlərdən, iki ölkə arasındakı təhsil əlaqələrinin inkişafından danışıb və xatirələrini bölüşüblər.

Sonra ADDF-nin dəstəyi ilə işıq üzü görmüş “Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920 – 1991-ci illər” kitabı təqdim edilib. Müəllif, tədqiqatçı-jurnalist Dilqəm Əhməd kitabla bağlı hazırladığı fotoslaydı nümayiş etdirərək, “Türkiyədəki Azərbaycan: şəxsiyyətlər, cəmiyyətlər, fəaliyyət” mövzusunda çıxış edib.

Qeyd edək ki, tədbir çərçivəsində Ədəbiyyat fakültəsinin dekanı Sevtap Kadıoğlu Fondun icraçı direktorunun müavini Şahin Camalovu qəbul edib. Səmimi görüş zamanı Fondun dəstəyi ilə dərc olunmuş iki nəşr – “Azərbaycan musiqisinin inciləri” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabları universitetə hədiyyə edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər