Xəbər lentiwidget-title-icon

ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib

“Rəsulzadənin Azərbaycan tarixində yeri” - dəyirmi masa

“Rəsulzadənin Azərbaycan tarixində yeri” - dəyirmi masa

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Rəsulzadənin Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.

İnstitudan bildirilib ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Məhəmməd Əmin Rəsulzadənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıb.

Sonra Dünya tarixi şöbəsinin müdiri İradə Bağırova “M.Ə.Rəsulzadənin Avropada mühacirət həyatı” mövzusunda məruzə ilə çıxış edib. İ.Bağırova qeyd edib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin həyatının ən parlaq dövrlərindən birini 1922-1955-ci illəri əhatə edən mühacirət dövrü hesab etmək olar. 1922-ci ildə Türkiyəyə mühacirət etməyə məcbur olan Rəsulzadə özünəməxsus enerjisi ilə bu ölkədə aktiv fəaliyyət göstərirdi. Burada o, “Azəri-Türk”, “Odlu Yurd”v ə “Bildiriş” jurnallarını nəşr etməyə başladı. 1923-cü ildə İzmirdə xüsusi mükafata layiq görülən “Azərbaycan Cümhuriyyəti” kitabı nəşr olundu. Eyni zamanda, M.Ə.Rəsulzadə və onun tərəfdarları Müsavat partiyasının xarici bürosunu, eləcə də vəzifəsi bütün daxili mühacirəti birləşdirmək olan Azərbaycan Milli Mərkəzini yaratmağa müvəffəq oldular. Hər iki təşkilatın əsas çap orqanı “Yeni Kavkaziya” jurnalı idi.

1925-ci ildə Türkiyə ilə SSRİ arasında dostluq və netralitet barədə müqavilə imzalandı. Bundan sonra Moskvanın təzyiqi ilə Türkiyə hökuməti bütün rus mühacirətinin, o cümlədən azərbaycanlıların fəaliyyətinə qadağa qoymağa məcbur oldu. Bu şəraitdə M.Ə.Rəsulzadə də bir çox siyasi mühacir kimi Qərbdə, xüsusən də Polşada sığınacaq tapır.

1935-ci ilin fevralında Polşanın paytaxtı Varşava şəhərində keçirilən konfransda “Qafqaz məsələsi və Rusiya” adlı qəbul edilən sənəddə Qafqaz xalqlarının Konfederasiyaya birləşərək Qafqazda müstəqil respublikaların yaradılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilir. Bu işə rəhbərlik etmək üçün M.Ə.Rəsulzadə, N.Jordaniya və M.Q. Sunjevdən ibarət rəyasət heyəti təşkil edildi.

İkinci Dünya müharibəsi illərini Rəsulzadə əsasən Rumıniyada keçirdi. 1947-ci ildə o, yenidən Türkiyəyə qayıdır və 1949-cu ildə burada Azərbaycan kültür dərnəyini təşkil edir. 1952-ci ildən “Azərbaycan” jurnalını nəşr etməyə başlayır. Ömrünün sonuna qədər M.Ə.Rəsulzadə Azərbaycan Milli Mərkəzinin rəhbəri kimi çalışır və ölkəsinin istiqlaliyyəti uğrunda mübarizəsini dayandırmır.

Azərbaycan Cümhuriyyəti şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “M.Ə.Rəsulzadənin Cümhuriyyətəqədərki ictimai-siyasi fəaliyyəti (fevral 1917- may 1918)” mövzusunda məruzə ilə çıxış edib. A.Əzimova məruzəsində Azərbaycan üçün taleyüklü bir dövrdə Rəsulzadənin fəaliyyətinin mühüm məqamlarını təhlil etdi. Məruzəçi bildirib ki, Rəsulzadə bu dövrdə xalqın siyasi cəhətdən maariflənməsi, təşkilatlanması məqsədilə geniş fəaliyyət göstərib. Azərbaycanlıların Fevral inqilabından sonrakı demokratikləşmə prosesində iştirakı məqsədilə onların mütəşəkilliklə seçkilərdə iştirakını təşviq edib.

Daha sonra A.Əzimova Rəsulzadənin 1917-ci il Qafqaz Müsəlmanları və ümum-Rusiya müsəlmanları qurultaylarında, eləcə də Bakının ictimai siyasi həyatında olan mühüm hadisələrdə iştirakına diqqət çəkdi və bir siyasi xadim kimi onun güclü təşkilatlandırma və kütlələrə rəhbərlik bacarığını vurğulayıb.

Sonda tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “M.Ə.Rəsulzadənin sosial-iqtisadi görüşləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, M.Ə.Rəsulzadənin dünyagörüşünün formalaşmasında sosial-demokratiya ideyaları mühüm rol oynayıb. Zəhmətkeş xalqın, fəhlə və kəndlilərin azad olunması, onların maddi vəziyyətinin yaxşılaşdırılmasının tərəfdarı olmaqla yanaşı, Rəsulzadənin baxışlarında milli təsanüd (həmrəylik, solidarizm) prinsipi başlıca yer tutur. Məruzəçi M.Ə.Rəsulzadənin sosial-iqtisadi baxışlarına görə etatist olduğunu, milli dövlətçiliyin inkişafını sosial ədalət və iqtisadi rifahla şərtləndirdiyini vurğulayıb.

Tarix elmləri doktoru, dosent Vasif Qafarov “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun – oktyabr 1918-ci il)” adlı məruzəsində M.Ə.Rəsulzadənin Azərbaycan milli hərəkatındakı rolunu çox yüksək qiymətləndirməklə yanaşı, Rəsulzadənin Trabzon, Batum və İstanbul konfranslarındakı fəaliyyətini geniş şərh edib. Qeyd edib ki, Azərbaycan Cümhuriyyəti hökumətinin bağladığı ilk beynəlxalq müqavilə olan Batum müqavilələrini imzalayanlardan da biri məhz M.Ə.Rəsulzadə olub. Vasif Qafarov qeyd edib ki, M.Ə.Rəsulzadə gördüyü bütün digər böyük işlərlə yanaşı, Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi ilk diplomatik missiyanın - İstanbul konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Bu heyət 4 aya yaxın bir müddət ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda gərgin iş aparıb və Azərbaycanın maraqlarını qoruyub. Bütün ömrünü Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə həsr edən M.Ə.Rəsulzadənin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri böyükdür və əvəzsizdir. Bütün bu xidmətlərinə görə də M.Ə.Rəsulzadə xalqımız və dövlətimiz tərəfindən böyük hörmət və ehtiramla anılır.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər