Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Türkiyədəki Azərbaycan cəmiyyətlərinin tarixindən bəhs edən dəyərli nəşr

Türkiyədəki Azərbaycan cəmiyyətlərinin tarixindən bəhs edən dəyərli nəşr

İstanbulda “Türkiyədəki Azərbaycan cəmiyyətləri” kitabının təqdimatı keçirilib. Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilən nəşrdə 1920-1991-ci illərdə azərbaycanlı mühacirlərin Türkiyədə qurduqları ictimai-mədəni təşkilatların tarixi əks etdirilib.

Bu barədə kitabın müəllifi, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd müsahibəsində bildirib.

Nəşrin mühacirət dövründə Azərbaycandan Türkiyəyə köç etmək məcburiyyəti qarşısında qalan siyasətçilərimiz, yazıçılarımız, ictimai xadimlərimizin də daxil olduğu ictimai-mədəni dərnəklərin tarixini əhatə etdiyini bildirən müəllif deyib: “Türkiyədəki Azərbaycan cəmiyyətləri” kitabında 10-dan çox cəmiyyətin tarixi əks olunub. Aralarında 1920-ci illərdə qurulanlar da var. Bunlara “Azəri-Türk Gənclər Birliyi”, “Azərbaycan-Türk Tələbə Birliyi” kimi cəmiyyətlərimizi misal çəkmək olar. Burada gənclər birlikləri olduqca vacibdir. Belə ki, Türkiyədə yaşayan azərbaycanlılar, universitet tələbələri, ictimai fəaliyyəti olan gənclərimiz birləşərək bu cəmiyyətləri qurublar. Nəşrdə, eyni zamanda, bu birliklərin keçirdikləri konfranslar, nəşr etdirdikləri kitablar, xüsusilə 28 May - Müstəqillik Günü olmaqla əhəmiyyətli tarixlərimizi qeyd etmələri ilə bağlı faktlar toplanıb. Bütün bu faktlar olduqca əhəmiyyətli fotoşəkillər, dərnəklərin nizamnamələri ilə oxucuya təqdim edilib. Bildiyiniz kimi, ölkə başçısı bu il Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Yubiley münasibətilə nəşrdə Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1940-cı ildə qurulan Azərbaycan Mədəniyyət Dərnəyinin fəaliyyətinə xüsusi yer verilib. Bu dərnəyin ilk 25 illik fəaliyyətində keçirdiyi bütün tədbirlər, o cümlədən verdiyi 20-dən artıq konfrans günbəgün əks olunub. Onu da deyim ki, bu dərnək hələ də Ankarada fəaliyyətini davam etdirir. Qurulan bütün bu birliklərin əsas məqsədi Azərbaycanın musiqisini, mədəniyyətini təbliğ etmək, qarşılıqlı yardımlaşmaq olub. Bunların arasında ilk dəfə geniş üzə çıxartdığım Azərbaycan-Türk Musiqi Heyəti var ki, bunu şuşalı xanəndə Məşədi Məhəmməd Fərzəliyev 1920-ci illərin sonunda Türkiyədə yaradıb. Xanəndə Türkiyədə Mehmet Ferzalı olaraq tanınıb. Bu cəmiyyətimiz 1930-cu illərdə Türk heyəti ilə birlikdə Misirə səfər edərək orada konsert proqramı ilə də çıxış edib. Bununla da, biz bu birliyin geniş fəaliyyət göstərdiyinin şahidi oluruq”.

Yazıçı deyib ki, nəşrdə 1950-1960-cı, eləcə də 1980-ci illərdə qurulan dərnəklər haqqında da məlumat verilib: “Fikrimcə, bu, diaspor tariximiz baxımından olduqca əhəmiyyətli bir kitabdır. Kitabın ərsəyə gəlməsində göstərdiyi maddi dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür edirəm”.

Dilqəm Əhməd gələcəkdə mühacirlərimizin dünya üzrə fəaliyyəti və onların dünyanın müxtəlif ölkələrində qurduqları dərnəkləri işıq üzünə çıxarmağı planlaşdırdıqlarını deyib.

Oxşar xəbərlər

Bütün xəbərlər