Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO

Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO

İstanbulda Hüseyn Cavid adına məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yaradan böyük şəxsiyyət Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
AMEA-dan "tehsilmedia.info”a bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şərqiyyə Məmmədova qonaqları salamlayaraq, dövlətlərimiz arasındakı əlaqələrin günbəgün möhkəmləndiyini deyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsində hər iki ölkənin dövlət başçılarının önəmli rol oynadıqlarını vurğulayıb, həmçinin ölkələrimiz arasında olan birliyin hər zaman örnək olduğunu bildirib.
2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini vurğulayan Şərqiyyə Məmmədova bu əlamətdar hadisə ilə əlaqədar Türkiyədə də bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Konfransda İstanbul millət vəkilləri Şamil Ayrım, Hasan Turan, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çıxış edib.
Nadir Məmmədli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda, eləcə də 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanunda geniş şəkildə öz əksini tapıb.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb və nəşr olunub.
Sonda şagirdlərin nitqində Ulu Öndərə aid şeirlər səsləndirilib.

Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO
Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO
Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO
Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO
Professor Nadir Məmmədli İstanbulda Ulu Öndərə həsr olunan konfransda iştirak edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər