Bakıda STEAM layihəsi 210 məktəbdə tətbiq edilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
İdarədən "tehsilmedia.info" a bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.




























