Xəbər lentiwidget-title-icon

BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev

Təhsildən yayınan qızların bir çoxu nikaha məcbur edilir - Komitə sədri

Təhsildən yayınan qızların bir çoxu nikaha məcbur edilir - Komitə sədri

“Bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur. Son zamanlarda qadınlarımızın fəaliyyət növlərindən biri də minaların təmizləməsidir. Əlbəttə ki, gender fərqi nəzərə çarpan sahələr hələ da var. Düşünürəm ki, zamanla, bu fərq aradan qalxacaq. Ölkədə savadlılıq səviyyəsi çox yüksəkdir. Kişilər və qadınlar təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak edir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Bununla yanaşı, təhsildən yayınan uşaqlar, xüsusilə də qızlar var. Onların bir çoxu nikaha məcbur edilir. Biz bu istiqamətdə işləri daha da gücləndirməliyik”.

tehsilmedia.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

“Bizi narahat edən vacib məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Bununla bağlı İllik Məlumatda geniş təhlil və təkliflər verilib. Hamımız bilirik ki, ölkəmizdə bir çox səbəblərdən ailədaxili zorakılıq hallarının mütləq əksəriyyəti latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bu isə ağır cinayət hadisələri ilə nəticələnir. Çox yaxşı haldır ki, Dövlət Komitəsi bu məsələlərə xüsusi həssaslıq göstərir. Düşünürəm ki, yardım mərkəzlərinin sayının artması, müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac vardır. Biz dövlət büdcəsinin müzakirəsi zamanı da bu məsələlərə toxunmuşuq. Çox yaxşı haldır ki, ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsait ildən - ilə artır. Gələn ilin dövlət büdcəsində də kifayət qədər artım var. Bu isə yerlərdə aparılan işlərin daha da gecləndirilməsinə imkan yaradacaqdır. Biz çox gözəl qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”, - deyə komitə sədri bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər