Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

"Təhsildə qızlar və oğlanları müqayisə etmək dayandırılmalıdır"

"Təhsildə qızlar və oğlanları müqayisə etmək dayandırılmalıdır"

Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər maksimum bal topladı. Onlardan 16-nın qız olması isə mediada qeyri-adi şəkildə vurğulandı. Qızların oğlanlardan daha çox uğur qazanması bir növ “möcüzə” kimi təqdim olundu. Bəzi fikirlərdə oğlanların təhsilə ciddi yanaşmadığı, “oxumağa baş qoşmadığı” irəli sürüldü.

Bəs hər dəfə bu mövzunu qabartmaq və qızların uğurlarını oğlanlarla müqayisə etmək nə dərəcədə doğrudur?

STM-nin sektor müdiri, təhsil eksperti Elmin Nuri AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycan təhsil məkanında qızlarla oğlanların uğurlarını qarşı-qarşıya qoymaq artıq dayandırılmalıdır:

“Azərbaycan həm müsəlman Şərqində, həm də türk dünyasında gender balanslılığına görə müsbət mənada fərqlənən ölkələrdən biridir. Bu xüsusiyyət təhsildə daha çox nəzərə çarpır. Biz qızların uğurunu xüsusi şəkildə qabartmağı artıq dayandırmalıyıq. Hər hansı bir uğurun fərqləndirilərək təqdim edilməsi yalnız nadir və müstəsna hallarda məntiqli ola bilər. Jurnalistikada xəbər anlayışı yenilik və qeyri-adilik üzərində qurulub. Amma bir şey təkrarlanaraq adi hala çevrilibsə, artıq onun xəbər dəyəri qalmır”.

Ekspertin fikrincə, bir şəxsin Massaçusets Texnologiya İnstitutuna (MIT), Boğaziçi və ya Stenford Universitetinə qəbul olunması faktı, bu şəxsin oğlan və ya qız olmasından asılı olmayaraq, eyni dərəcədə dəyərləndirilməlidir:

“Jurnalistika baxımından bu məsələdə ayrı-seçkilik prinsip pozuntusudur. Gender baxımından isə artıq qeyri-etik bir formaya gəlib çıxır. Qızlarımız təhsildə o qədər yüksək nəticə göstərirlər ki, bunu artıq normal hal kimi qəbul etməliyik. Əgər bu tendensiya davam edərsə, gələcəkdə oğlanların uğuru istisna kimi görünə bilər – bu da, əlbəttə, arzulanan vəziyyət deyil. Ən ideal yol - gender balansının qorunmasıdır.

Cəmiyyət olaraq qızların uğurunu qeyri-adi, təəccüb doğuran bir hal kimi təqdim etməkdən imtina etməliyik. Dövlət İmtahan Mərkəzinin illik elmi-statistik hesabatlarına əsasən, son 10-15 ildə demək olar ki, bütün ixtisas qruplarında (I ixtisas qrupu istisna olmaqla), böyük şəhərlərdə və regionlarda qızların nəticələri oğlanlardan daha yüksəkdir”.

Elmin Nuri qeyd edib ki, 690–700 bal aralığında nəticə göstərənlər arasında hələ də oğlanlar müəyyən qədər üstünlük təşkil edir

“2000-ci illərin əvvəllərində 690–700 bal toplayan oğlanların sayı daha çox idi. Ancaq zamanla bu göstərici azalıb. Ümumi say çoxluğu isə qızların xeyrinədir. Buna görə də nə oğlanları, nə də qızları qəhrəmanlaşdırmaq düzgün deyil. Artıq gender fərqinə əsaslanan yanaşmalardan imtina etməliyik”.

Ekspertin sözlərinə görə, Azərbaycan təhsil sistemi intellektual səviyyə və tədrisin keyfiyyəti baxımından inkişaf etmiş ölkələrlə tam rəqabət apara bilməsə də, savadlılıq səviyyəsi və oxu mədəniyyəti baxımından yüksək nəticələrə malikdir. Ən ucqar dağ kəndlərində belə insanlar oxuma-yazma bacarığına malikdir.

Qızların təhsildən yayınması məsələsinə toxunan Elmin Nuri bildirib:

“Digər müsəlman ölkələri ilə müqayisədə, Azərbaycanda bu göstərici xeyli aşağıdır. Statistikaya əsasən, orta məktəblərdə qızların təhsildən yayınma göstəricisi 7%-dən aşağıdır. Elə ölkələr var ki, orada bu rəqəm 20% civarındadır. Bu sahədə aparılan islahatlar, xüsusən icbari təhsilin IX sinfə qədər tətbiqi, qızların məktəbdən yayınma hallarının azalmasına səbəb olub”.

Ekspert sonda bu yanaşmanın zərərli nəticələr doğura biləcəyinə diqqət çəkib:

“Qızların oğlanlarla müqayisəsindən əl çəkməliyik. Reallıqla barışmalıyıq ki, bu gün təhsildə qızların göstəriciləri daha yüksəkdir. Amma bu mənzərəni də ürəkaçan hesab etmirəm. Cəmiyyət olaraq əsas məqsədimiz cinsindən asılı olmayaraq intellektual, savadlı və dəyərli insanlar yetişdirmək olmalıdır. Bizim üçün bu insanın qız və ya oğlan olması fərq etməməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər