Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

AMEA-nın Naxçıvan Bölməsində Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTO

AMEA-nın Naxçıvan Bölməsində Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTO

AMEA-nın Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info" a AMEA-dan məlumat verilib.

Konfransı giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim çıxışı zamanı Ümummilli Liderin zəngin siyasi irsindən söz açıb, dahi liderin ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın gələcək inkişafına yönəlik həyata keçirdiyi işlərdən danışıb. Ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb.

“Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixi üçün dəyərli mənbədir. Bu zəngin irs bu gün də, gələcəkdə də ölkəmizin inkişafına töhfələr verəcəkdir”, - deyən akademik AMEA-nın Naxçıvan Bölməsində Ulu Öndərin siyasi irsinin tədqiqi və təbliği ilə bağlı görülmüş və icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ulu Öndər Heydər Əliyev irsində bütöv Azərbaycan ideyası”, həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Ulu Öndər Heydər Əliyevin dil siyasəti”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasəti” mövzusunda məruzələr ediblər.

Məruzələrdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev daim ölkəmizin inkişafı üçün çalışmış, xalqın və dövlətin ən ağır vaxtında üzərinə götürdüyü xilaskarlıq missiyasını şərəflə yerinə yetirmişdir. Yüksək siyasi iradəyə, idarəçilik bacarığına malik Ümummilli Lider adını tariximizə qızıl hərflərlə yazmışdır.

Bacarıqlı lider qısa müddətdə ölkədə daxili sabitliyi təmin etməklə, xarici əlaqələri möhkəmləndirməklə Azərbaycanı iqtisadi yüksəliş xəttinə çıxarmışdır. Bu fəaliyyət sosial-iqtisadi inkişafla məhdudlaşmamış, milli-mənəvi dəyərlərimizin qorunması xüsusilə diqqətdə saxlanmışdır.

Məruzəçilər, həmçinin Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına qayğısından, bütöv Azərbaycan ideyasına xidmət edən söz adamlarına hamiliyindən bəhs edib, milli-tarixi yaddaşın yaşadılması istiqamətində gördüyü işləri və həmin fəaliyyətin bugünkü nəticələrini təhlil ediblər.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Oxşar xəbərlər

Bütün xəbərlər