Xəbər lentiwidget-title-icon

SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və azərbaycançılıq ideyası” mövzusunda elmi sessiya keçirilib - FOTO

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və azərbaycançılıq ideyası” mövzusunda elmi sessiya keçirilib - FOTO

Dekabrın 11-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və azərbaycançılıq ideyası” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə "tehsilmedia.info" a institutdan məlumat verilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu deyən akademik G.Baxşəliyeva milli məfkurə olan azərbaycançılığın dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemi olduğunu, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətt olduğunu vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva elmi sessiyada “Heydər Əliyevin azərbaycançılıq siyasəti və bütöv Azərbaycan” mövzusunda məruzə edib. Məruzədə Heydər Əliyevin həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycan xalqının mədəni-mənəvi birliyi istiqamətində fəaliyyətindən bəhs edilib. Ulu Öndərin Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının qorunması, vətənin birləşdirilməsi, bütövləşdirilməsi məsələsini müxtəlif çalarlarda gündəmə gətirməklə hər iki tayda yaşayan azərbaycanlıların şüurunda və fəaliyyətində cənub mövzusunun müəyyən yer tutmasında mühüm rol oynadığını deyən məruzəçi Heydər Əliyevin davamlı fəaliyyətinin nəticəsi olaraq “Cənubi Azərbaycan” adının elmi-siyasi məfhum kimi rəsmiləşdirildiyini, “Bütöv Azərbaycan” şüarının təkcə ədəbi, ictimai mühitdə deyil, eyni zamanda siyasi dairələrdə geniş müzakirə obyektinə çevrildiyini bildirib.

Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva “Ulu Öndər və Cavad Heyət” mövzusunda məruzə edib. Məruzədə Ulu Öndər Heydər Əliyevlə dünya şöhrətli alim, naşir, həkim Cavad Heyət arasında olan münasibətdən bəhs olunub. Ümummilli Liderin bütün həyatı boyu canı və qanı ilə vətənə bağlı insan kimi “Cənubi Azərbaycandan olan ədiblərlə sıx əlaqədə olduğunu, onların taleləri ilə yaxından maraqlandığını deyən G.Verdiyeva bu ədiblərin sırasında Cavad Heyətin də olduğunu vurğulayıb. Məruzəçi Cavad Heyətin də öz növbəsində Ulu Öndərə böyük rəğbət bəslədiyini, hər zaman Heydər Əliyevin vətənə və Azərbaycan dilinə olan sevgisini heyranlıqla bildirdiyini qeyd edib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və azərbaycançılıq ideyası” mövzusunda elmi sessiya keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər