Xəbər lentiwidget-title-icon

QS reytinqləri, universitetlərimiz və quru rəqəmlər
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir? - İDDİA
Qabiliyyət imtahanlarına elektron qeydiyyat başlayır
Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Tələbənin pulunu mənimsədi, özünü də blok etdi - DƏLƏDUZLUQ!
Azərbaycanda məktəblər sürətlə bağlanır! - SƏBƏB
Vahid müəllim geyimi: Yeni biznes layihəsi, yoxsa hicab qadağası üçün bəhanə?
Azərbaycanda İLK - 3 universitetimiz TOP 800-ə daxil OLDU
Məktəblilər ADNSU-da ekskursiyada olublar
Deputat məktəbli formaları ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ
BMU-dan QS reytinqində tarixi nailiyyət
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Məişət zorakılığına həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb

Məişət zorakılığına həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb

Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə məişət zorakılığı ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib.

Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından danışıb.

Komitə sədri aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini vurğulayıb.

Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev valideynlər arasında olan konfliktin uşaqlara birbaşa təsirindən və ailədə baş verən zorakılığın cəmiyyətdə özünü büruzə verməsindən danışıb. Nazir əlavə edib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda 100-ü uşaq olmaqla 154 nəfər zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib.

Daha sonra digər qonaqlar çıxış edərək məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ailədaxili münaqişələr uşaqların vətəndaş və şəxsiyyət kimi formalaşmasına əsaslı mənfi təsirlər göstərir, zorakılıq hallarının cəzasız qalmasının bu kimi hadisələrin yenidən təkrarlanmasına, problemin dövriliyinin yaranmasına, eləcə də həllinin daha da mürəkkəbləşməsinə səbəb olur. Əlavə edilib ki, qadın və qızların, ümumilikdə cəmiyyətin bütün üzvlərinin təhsilli olması, öz hüquqlarını bilməsi, ailə dəyərlərinin gücləndirilməsi bu problemlərlə mübarizəyə mühüm töhfələr verə bilər.

Çıxışlardan sonra konfrans Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, konfrans dekabrın 7-dək davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər