Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Şirvanda regional təlimdə məişət zorakılığının qarşısının alınmasına dair müzakirə aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə monitorinq və əlaqələndirmə qrupları üçün məişət zorakılığı mövzusunda Şirvan şəhərində təlim keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Şirvan Gənclər evi” Sosial Xidmət Mərkəzində keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Komitənin əməkdaşları, monitorinq və əlaqələndirmə qruplarının rəhbərləri və üzvləri iştirak ediblər.

Təlim proqramı Şirvan şəhər, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, İmişli və Saatlı Rayon İcra Hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün təşkil edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Aynur Fərzəliyeva məişət zorakılığının qarşısının alınması sahəsində Şirvan şəhərində həyata keçirilən tədbirlər və qarşıda duran prioritetlər barədə geniş məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığı ilə mübarizə istiqamətində mövcud normativ-hüquqi baza, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, zorakılıqdan zərər çəkmiş şəxslər üçün yaradılan yeni qurumlararası əlaqələndirmə mexanizmi barədə məlumat verib. Bildirib ki, yeniliklər məişət zorakılığının qarşısının alınması mexanizmlərinin gücləndirilməsinə, zərərçəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılmasına, eləcə də məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə xidmət edir. Monitorinq və əlaqələndirmə qrupları tərəfindən ölkənin müxtəlif regionlarında həyata keçirilən tədbirlərin məişət zorakılığının qarşısının alınması, risk qrupuna aid olan ailələrin vaxtında müəyyən edilməsi və əhali arasında maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun müdiri Vəfa Ələkbərova Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlilini diqqətə çatdırıb, nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.

Həmçinin Komitənin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorunun əməkdaşı İradə Məmmədova müvafiq monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuna edilən yeni düzəlişlər mövzusunda təqdimatla çıxış edib. Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə monitorinq və əlaqələndirmə qruplarının rəhbərlərinin çıxışları dinlənilib, sonda iştirakçılara bukletlər təqdim edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər