Xəbər lentiwidget-title-icon

Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb
UNEC 30 ölkədən 128 universitetlə tərəfdaşdır - Rektor
Rezidentura üzrə qəbul imtahanı keçiriləcək
"ADPU tələbələri NARAZIDIR: 'Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər' iddiası"
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? - MÖVQE
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

2023/2024-cü tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq və Maşınqayırma və robototexnika fakültələrinin IV kurs bakalavr tələblərindən ibarət 3 komanda “TUSAŞ Lift Up” – Sənaye Yönümlü Buraxılış (Məzun) Layihələri Müsabiqəsinin qalibi olub.

tehsilmedia.info xəbər verir ki, Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən təşkil olunan müsabiqədə məqsəd sonuncu kursda təhsil alan tələbələrin komanda şəklində buraxılış işi – məzun layihəsi həyata keçirməsidir.

Bununla bakalavriat səviyyəsini bitirən tələbələr aviasiya problemlərinin həllinə istiqamətlənən mövzularda diplom rəhbərləri və sənaye üzrə məsləhətçilərlə birlikdə TUSAŞ məhsul qrupları (vertolyot, təyyarə, PUA, milli döyüş təyyarələri, kosmik sistemlər və aviasiya konstruksiyaları) istiqamətində aktual məsələlərin tədqiqində iştirak edirlər.

Ölkəmizin ilk dəfə iştirak etdiyi bu müsabiqədə AzTU-nun 3 layihə komandası Türkiyənin 355 layihə komandası ilə eyni vaxtlı prosesdə iştriak edəcək. Layihə başa çatdıqdan sonra komandaların nəticələri yenidən qiymətləndirilərək ən yaxşı 5 fərdi mükafata layiq görüləcək.

Komandalarla keçirilən başlanğıc (kick-off meeting) görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev qalib komanda üzvlərini bu böyük uğurları münasibətlə təbrik edib, layihəyə töhfəsi olan professor-müəllif heyətinə təşəkkürünü bildirib və bunun universitet-sənaye işbirliyinə ciddi töhfə olacağını vurğulayıb. O, TUSAŞ-ın baş direktoru Prof. Dr. Təməl Kotil başda olmaqla TUSAŞ ailəsinə, xüsusilə TUSAŞ-ın Universitet-Sənaye Əməkdaşlığı Departamantində fəaliyyət göstərən komandanın üzvlərinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, professor Arif Məmmədovun rəhbərliyi ilə 5, dosent Heyran Abbasovanın rəhbərliyi ilə 3 və dosent Malik Qarayevin rəhbərliyi ilə 5 bakalavr tələbəsindən (4-cü kurs) ibarət komandalar iş aparacaqlar.

Komandalar müvafiq olaraq "Alətlərin istehsalında istifadə olunan polad lövhələrin və profillərin qaz qaynaq qabiliyyətinə pas, soyuducu və səthin təmizlənməsi təsirinin öyrənilməsi" (Takım Üretiminde Kullanılan Çelik Plaka ve Profillerde Pas, Soğutucu Sıvı ve Yüzey Temizliğinin Gaz altı Kaynak Kabiliyetine Etkisinin incelenmesi), "Aluminium xəlitəsindən hazırlanan hissələrin emalı üçün qüvvə analizi əsasında kəsici alətlərin modelləşdirilməsi" (Alüminyum Alaşım İşlemesinde Kuvvet Analizlerine Bağlı Olarak Kesici Takım Modellenmesi) və "Nazik divarlı səthlərin mexaniki emal əməliyyatlarında yonqar çıxarma prosesinin analizi" (İnce Cidarlı Yüksek Duvarlarda Talaş Kaldırma Operasyonları) mövzularında diplom işlərini – məzun layihələrini yerinə yetirəcəklər.

Hər bir layihənin büdcəsi 20.000 türk lirəsi olmaqla cəmi 60.000 türk lirəsi təşkil edir. Bu məbləğ komandaların material xərclərinin ödənilməsi üçün nəzərdə tutulur.

Xatırladaq ki, AzTU-nun TUSAŞ ilə əməkdaşlığı 2022-ci ildən etibarən başlayıb və hazırkı istiqamət Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.

Oxşar xəbərlər

Bütün xəbərlər