Xəbər lentiwidget-title-icon

Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub

"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI

“Haqqında intizam tənbehi belə olmayan bir direktorun 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılması nə deməkdir?”

Tehsilmedis.org xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayon H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva müraciət edib.

O bildirib ki, məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən iclas keçirilib: “Hələ avqustun 28-i Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbimizdə təhsilin keyfiyyətini öyrənmək məqsədilə yoxlanış baş tutdu. Təbii ki, heç bir problem yox idi, təhsil müəssisəsimiz reytinqlidir. Belə ki, 5 ildir ardıcıl olaraq RFO üzrə qızıl və gümüş medal qaliblərimiz var. 81 məzundan 49 nəfəri ali məktəbə qəbul olub. Bir dəfə də olsun barəmizdə hər hansı şikayət olmayıb. Ancaq keçirilən bu yoxlanış heç də şəffaf olmadı...”

Direktorun sözlərinə görə, yoxlanışdan bir müddət sonra keçirilən iclasda Şəmkir Təhsil sektorunun Həmkarlar İttifaqının üzvü iclasa müdaxilə edib: “Kollektivim də məndən razıdır. Lakin iclasa müdaxilə edənlər yazılan protokolu əsassız saydı və sədri sektora apardılar. Sözügedən şəxslər qərəzli şəkildə akt hazırladılar. Heç bir əsas və şikayət olmadan səlahiyyətlərindən qanunsuz formada istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağıma səbəb oldular”.

R.Rəfiyeva həmçinin əmək məzuniyyətinin də qanunsuz şəkildə pozulduğunu iddia edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi bildirib ki, sözügedən məktəbdə monitorinq aparılıb: “Bu çərçivədə Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində idarəetmənin, həmçinin tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinin yoxlanılması məqsədilə sistemli nəzarət tədbirləri ardıcıl olaraq davam etdiriləcək və hüquqpozmalara yol verən şəxslər barəsində qəti intizam tədbirləri görüləcək”.

Oxşar xəbərlər

Bütün xəbərlər