Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova

"Mən həm müəllim, həm də valideyn kimi hesab edirəm ki, məktəb bufetinə sadəcə uşaqların tənəffüsdə nəsə alıb yediyi satış yeri kimi baxmaq düzgün deyil".

Tehsilmedia.org xəbər verir ki, bunu redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi. O nəzərə çatdırdı ki, uşaq günün böyük hissəsini məktəbdə keçirirsə, orada ona təqdim olunan qidanın keyfiyyəti də təhsil mühiti qədər vacibdir:

"Xüsusilə şagirdlərin qida qəbulundan sonra zəhərlənməsi ilə bağlı hallar ortaya çıxırsa, bu, məsələyə daha ciddi və sistemli yanaşma tələb edir.
Dünya təcrübəsində məktəb bufetlərində əsas məqsəd uşağa həm təhlükəsiz, həm də sağlam seçim təqdim etməkdir. Məncə, bufetlərdə təmiz içməli su, süd və süd məhsulları, meyvə, uyğun şəraitdə hazırlanmış sadə sendviçlər, şəkər və duz miqdarı az olan qidalar üstünlük təşkil etməlidir. Çips, enerji içkiləri, həddindən artıq şəkərli içkilər, çox yağlı və yüksək miqdarda duz, şəkər olan məhsullar isə uşaqların gündəlik məktəb qidasına çevrilməməlidir. Burada məqsəd hər şeyi qadağan etmək deyil, uşağın qarşısına daha sağlam alternativ qoymaqdır".

Müəllimin fikrincə, ən vacib məsələ nəzarətdir:

"Məhsulun son istifadə tarixinə baxmaqla iş bitmir. Məhsulun haradan alındığı, hansı şəraitdə daşındığı, saxlanma temperaturu, soyuducu rejimi, bufetin gigiyenik vəziyyəti, qida ilə işləyən şəxslərin sanitariya qaydalarına əməl etməsi mütəmadi yoxlanılmalıdır. Xüsusilə tez xarab olan məhsullarda soyuq zəncirin qorunması çox önəmlidir. Məncə, məktəb rəhbərliyi də bufetdə satılan məhsulların siyahısına və təchizatına nəzarət etməli, aidiyyəti qurumların isə yalnız problem yaranandan sonra deyil, planlı və qəfil yoxlamaları olmalıdır.

Bir məsələni də unutmayaq: məktəb uşağa yalnız riyaziyyat, dil və digər fənləri öyrətmir, eyni zamanda gündəlik həyat vərdişləri formalaşdırır. Əgər biz məktəbdə uşağın qarşısına sağlam qida seçimi qoyuruqsa, əslində ona gələcək həyatı üçün də düzgün qidalanma vərdişi qazandırırıq. Ona görə məktəb bufetində təhlükəsiz və sağlam qida əlavə üstünlük deyil, minimum tələb olmalıdır".

Oxşar xəbərlər

Bütün xəbərlər