Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO

IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar.

IDSchool tələbələri 2026-cı il ərzində keçirilən müxtəlif robotika, proqramlaşdırma, innovasiya və texnologiya yarışlarında uğurlu nəticələr əldə ediblər. Tələbələrin hazırladığı layihələr həm yerli, həm də beynəlxalq müsabiqələrdə yüksək qiymətləndirilib, komandalarımız müxtəlif kateqoriyalar üzrə qalibiyyətlər və münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüblər.

İlin ilk mühüm nəticələrindən biri 8–9 mart tarixlərində keçirilən Fibonacci Beynəlxalq Olimpiya Oyunlarında əldə olunub. Yarışda IDSchool-u təmsil edən 7 komandadan 6-sı müxtəlif kateqoriyalar üzrə mükafat qazanıb.

Food Ninjas komandası Smart Food Guardian layihəsi ilə Green Entrepreneurship kateqoriyasında 1-ci yerə layiq görülüb. Layihə qida təhlükəsizliyi və ekoloji yanaşmaları texnologiya ilə birləşdirən həll kimi təqdim olunub.

Maze Runner komandası Maze Solving kateqoriyasında 2-ci yeri tutub.

Eco Princess komandası Smart Bee Bus Station layihəsi ilə Green Entrepreneurship kateqoriyasında 3-cü yerə, Tech Kings komandası isə Smart Bed Monitoring System layihəsi ilə Health Tech Entrepreneurship kateqoriyasında 3-cü yerə layiq görülüb.

Bununla yanaşı, SudoSense komandası SudoSense layihəsi ilə Soft Tech Entrepreneurship kateqoriyasında, Path Finders komandası isə Line Following kateqoriyasında Jury Award mükafatını qazanıb.

Aprel ayında komandalarımız beynəlxalq uğurlarını davam etdiriblər. 22–26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Fibonacci Avrasiya Robot Olimpiadasında Food Ninjas komandası Smart Food Guardian layihəsi ilə Green Entrepreneurship kateqoriyasında 1-ci yerə layiq görülüb.

Eyni yarışda Eco Princess komandası Smart Bee Bus Station layihəsi ilə, Tech Kings komandası isə Smart Bed Monitoring System layihəsi ilə Jury Award mükafatına layiq görülüb.

Əldə olunan nəticələr komandalar üçün yeni beynəlxalq imkanlar da yaradıb. Qeyd olunan uğurlar çərçivəsində komandalarımızdan biri 3 noyabr–4 dekabr tarixlərində Romada keçiriləcək proqramda iştirak edəcək.

IDSchool tələbələri yalnız robotika yarışlarında deyil, innovasiya və proqramlaşdırma yönümlü müsabiqələrdə də fərqləniblər. 14 mart tarixində Avropa Azərbaycan Məktəbində keçirilən EAS Hackathon 2026 yarışında tələbələrimiz 1-ci yerə layiq görülüblər. Hackathon çərçivəsində iştirakçılar qısa müddət ərzində texnoloji həllər hazırlayaraq öz proqramlaşdırma, problem həll etmə və komanda ilə işləmə bacarıqlarını nümayiş etdiriblər.

19–21 iyun tarixlərində keçirilən AİRO 2026 Beynəlxalq Robot Olimpiadasında da IDSchool komandaları uğurlu nəticələr əldə edib. ID Spectra komandası Spectra layihəsi ilə 1-ci yerə, ID Solver komandası isə Maze kateqoriyasında 3-cü yerə layiq görülüb.

AİRO 2026-da əldə etdiyi nəticə əsasında ID Spectra komandası növbəti beynəlxalq yarışda iştirak etmək hüququ qazanıb. Komandanın Yunanıstanın Krit adasında keçiriləcək MRC Global Olympiad yarışında iştirak etməsi nəzərdə tutulur.

2026-cı il ərzində əldə olunan bu nəticələr IDSchool tələbələrinin robotika, proqramlaşdırma, mühəndislik və innovasiya istiqamətlərində praktiki biliklərini beynəlxalq platformalarda nümayiş etdirdiyini göstərir. Şagirdlər müxtəlif layihələr üzərində çalışaraq real problemlərə texnoloji həllər hazırlayır, beynəlxalq yarışlarda öz layihələrini təqdim edir və fərqli ölkələrdən olan iştirakçılarla rəqabət aparmaq imkanı əldə edirlər.

Qazanılan mükafatlar və beynəlxalq yarışlarda iştirak imkanları tələbələrin texniki bilikləri ilə yanaşı, komanda işi, layihə təqdimatı, problem həlli və innovativ düşüncə bacarıqlarının inkişafına da mühüm töhfə verir. IDSchool tələbələrinin növbəti beynəlxalq yarışlarda da Azərbaycanı və məktəbi layiqincə təmsil etməsi gözlənilir.

Oxşar xəbərlər

Bütün xəbərlər