AzTU-nun tələbəsi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) I kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev vəfat edib.
"tehsilmedia.info"ın "Report”a istinadən məlumatına görə, hadisə o, universitetə gedərkən baş verib. İlkin ehtimala görə, B.Paşayev ürəktutmasından vəfat edib.
O, dünən Biləsuvar rayonunun Çinarlı kəndində dəfn olunub.



























