Xəbər lentiwidget-title-icon

FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır
155 azərbaycanlı dünyanın TOP-10 universitetlərində təhsil alacaq - Nazir müavini
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
5000-dən çox müəllim üçün müsahibə mərhələsi başladı
Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Sertifikasiya: saxta diplomlu müəllimlər kənarlaşdırılır? - Yoxlama!

Sertifikasiya: saxta diplomlu müəllimlər kənarlaşdırılır? - Yoxlama!

Artıq 2 ildir ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesi keçirilir. Prosesdə hələ ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri iştirak ediblər.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sertifikasiya prosesində diplomu dövlət nümunəli olmayan müəllimlər də iştirak edəcəklər.

Bəs diplomu saxta olan olan müəllimlərin sertifikasiya prosesindən keçməsi nə dərəcədə doğrudur?

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə sertifikasiyadan aşağı nəticə göstərən müəllimlərin çoxu saxta diplomlulardır:

“Diaqnostik qiymətləndirmədən fərqli olaraq 2 ildir, keçirilən sertifikasiya, müəllimin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlayır. Peşə səviyyəsi aydın ki, əmək haqqı məsələsidir. Peşə yararlılığına gəldikdə isə adından da göründüyü kimi, təhsil verənləri yoxlayırlar ki, bu sahəyə yararlıdır, yoxsa deyil. Düşünürəm ki, sertifikasiya prosesində keçməyən və adi sözlərin düzgün yazılışını bilməyən müəllimlərin əksəriyyəti saxta diplomlu müəllimlərdir.

Düzdür, diplomu dövlət nümunəli olmayan bir çox müəllim var ki, azı 20 ildir təhsil işçisi kimi çalışıb. Onları birdən-birə işdən çıxarmaq o qədərdə doğru deyil. Amma qalmaları da problemdir ki, gələcək nəsillərimizi korlayırlar. Sözügedən müəllimlər məktəblərdə 3-4 saat dərs yükü ilə çalışır. Bunu da doğru hesab etmirəm. Bir müəllimin dərs yükü 18 saat olmalıdır. Elm və təhsil naziri Emin Əmrullayevin bir fikri ilə razıyam ki, onları işdən çıxarmayaq, amma müəllim kimi deyil, başqa sahələrdə iş verək. Məlumdur ki, məktəblərdə sırf müəllimlik olmayan ştatlar var.

Ekspert qeyd edib ki, sertifikasiya prosesində diplomu dövlət nümunəli olmayan müəllimlərin məsələsinə son qoyulmalıdır:

“Sözügedən müəllimlərin peşə yararlığı yoxlanılmadır. Əgər nəticəsi yüksəkdirsə , onda həmin müəllimlərə ən azı 8-9 saat dərs yükü verilməlidir. Yox əgər deyilsə, onları başqa bir sahəyə yönəltmək lazımdır”.

Müsahibimiz vurğulayıb ki, saxta diplomlu müəllimləri aradan qaldırmaq üçün sertifikasiyanın yekunlaşmağını gözləmək lazım deyil:

“Hesab edirəm ki, saxta diplomlu müəllimlərin hansı fəndən dərs demələrindən aslı olmayaraq, seçib hamısını birgə sertifikasiyadan keçirmək yaxşı olardı. Sayları o qədər də kütləvi olmadığı üçün bu prosesi 2-3 aya yekunlaşdırmaq olar.

Nə olursa-olsun saxta diplomlu müəllimləri təhsildən mütləq şəkildə uzaqlaşdırmaq çox vacibdir. Mən bu günə qədər eşitməmişəm ki, saxta mədəniyyət işçisi, mühəndis, həkim və s. Təkcə müəllimlərdə bu məsələ hallanır. Ona görə də sertifikasiya bir fürsətdir. Ondan istifadə edib, saxta diplomlu müəllimlərin işinə aydınlıq gətirmək lazımdır. Bu “saxta diplom”lu müəllim bir başa pedaqoji leksikonumuzdan çıxmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər