Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Saxta sənədlərdən istifadə edən müəllimlərin hamısı işdən azad ediləcək

Saxta sənədlərdən istifadə edən müəllimlərin hamısı işdən azad ediləcək

“İnanıram ki, növbəti tədris ilində saxta sənədlərdən istifadə edərək müəllim işləyən və diaqnostik imtahanda aşağı nəticə əldə etmiş müəllimlərin fəaliyyətinə xitam veriləcək. Bu müəllimlər ancaq dövlət büdcəsinin vəsaitini mənimsəməklə məşğul olurlar”

tehsilmedia.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Qeyd edib ki, müəllimlərin fəaliyyətinə, onların bilik və bacarığının keyfiyyətinə daimi nəzarət mexanizmi olmalıdır:

“Bu gün Azərbaycanda 4481 orta məktəbində 151 min müəllim fəaliyyət göstərir. Onların ortalama yaşı 40-dır. Bu müəllimlərin 35 faizdən çoxu ali təhsilli deyil, texnikom təhsillidir. Ən əsası isə müəllimlərin 70 faizi qadındır. Bütün bunlar nəticələrə təsir göstərən amillərdir. Bəzi hallarda müəllimlər savadlı olsalar da, kompüterdən istifadə etmək bacarıqları olmadığına görə, yaxşı nəticə göstərə bilməyib. 2014-cü ildən etibarən Təhsil Nazirliyi orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün diaqnostik imtahanlara başlayıb. İlk vaxtlar sınaq imtahanı olaraq keçirilməyə başladı, daha sonra diaqnostik qiymətləndirmə şəkilində davam edib. Burada müəllimlərin yalnız bilikləri yoxlanılsa da, bacarıqları isə yoxlanılmadı”.

Ekspert qeyd edib ki, müəllim heç bir halda öz ixtisasından 50 faizdən aşağı nəticə göstərməməlidir:

“İştirakçılara 60 test tapşırığı təqdim edilir. İlk vaxtlar belə bir tələb qoyulmuşdu ki, 10 faiz nəticə göstərənlər diaqnostik qiymətləndirmədən keçmiş hesab olunacaq. Sonradan bu qayda dəyişdi. 2016-cı ilin yanvar 1-dən ölkə başçısı müəllimlərin maaşının artırılması barədə sərəncam imzaladı. Dərs saatları da artırıldı. Bundan sonra diaqnostik qiymətləndirmədə iştirak edənlərin topladığı bala əsasən onlara dərs saatı verilməsinə başlanıldı. Hesab edirəm ki, müəllim heç bir halda öz ixtisasından 50 faizdən aşağı nəticə göstərməməlidir. Müəllim özü 50 faizdən aşağı biliyə malikdirsə, qarşısındakına nə öyrədəcək?

Əlbəttə ki, özü minimum biliyə malik olmayan müəllim qarşısındakına nəsə öyrədə bilməz. Öz ixtisasını belə bilməyən müəllimin maaşını artırmaq məntiqsizdir. İlk növbədə hesab edirəm ki, nəticəsi nəyinki 10-dan, ümumiyyətlə, tədris etdiyi fəndən 50 faizdən aşağı səviyyədə nəticə əldə etmiş müəllim işdən azad edilməlidir. Onun yeri vakansiya elan olunmalıdır və daha savadlı, müasir texnologiyalardan istifadə edə bilən gənc müəllimlər işə qəbul edilməlidir”.

K.Əsədov son olaraq bildirib ki, müəllimləri aşağı nəticə göstərmiş məktəbin direktorları da işdən azad edilməlidir:

“Çünki o vəzifənin öhdəsindən layiqincə gələ bilməyib, müəlliminin təkmilləşməsinə təşəbbüs göstərməyib. İnanıram ki, növbəti tədris ilində saxta sənədlərdən istifadə edərək müəllim işləyən və diaqnostik imtahanda aşağı nəticə əldə etmiş müəllimlərin fəaliyyətinə xitam veriləcək. Bu müəllimlər ancaq dövlət büdcəsinin vəsaitini mənimsəməklə məşğul olurlar. Onların işlədiyi məktəblərə baxsaq görərik ki, son illər ərzində həmin təhsil müəssisələrindən ali məktəblərə qəbul faizi çox aşağıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər