Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

ŞOK RƏQƏM: “Qara siyahı”da 22 min diplom vardı, indi 550...” - Necə “ağardılıb?”

ŞOK RƏQƏM: “Qara siyahı”da 22 min diplom vardı, indi 550...” - Necə “ağardılıb?”

Azərbaycanda orta məktəb müəllimlərinin bir neçəsinin saxta diplomlu olması heç kimə sirr deyil. Rəsmi qurumlar dəfələrlə bu mövzuda açıqlamalar verib, problemdən xəbərdar olduqlarını diqqətə çatdırıb.

Müəyyən səbəblərdən diplomu dövlət nümunəli olmayan və qeyri-qanuni yolla saxta diplom əldə edən “müəllimləri” hələ də təhsildən tamamilə uzaqlaşdırmaq mümkün olmayıb.

Sözügedən müəllimlər, hətta sertifikasiyaya da cəlb olunublar.

Bəs niyə saxta diplomlu müəllimlər hələ də auditoriyalara “ayaq aça bilirlər”?

ŞOK RƏQƏM: “Qara siyahı”da 22 min diplom vardı, indi 550...” - Necə “ağardılıb?”

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Nadir İsrafilov vurğulayıb ki, saxta diplomlu müəllimlərin mövcudluğu ölkəmizin gündəmini hələ də zəbt edir:

“Hətta, Türkiyəli bir aktirisadan soruşmuşdular ki, “Sən bu qədər rollarda oynayırsan, niyə təhsilin, diplomun yoxdur?”. O da bu suala cavab olaraq demişdi ki, “Mənə diplom lazım olsa , gedib onu Azərbaycandan alaram”. Bu ifadədən də bəlli olur ki, ölkəmizdə saxta diplom məsələsi nə qədər aktualdır. 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mövcud idi. O zaman Dövlət İmtahan Mərkəzinin sədri Məlyekə Abbaszadə çıxışında demişdi ki, “qara siyahı”ya düşən 22 mindən çox diplom var. Onlar elə hesab edirdilər ki, sözügedən diplomlar TQDK-nın bazasından keçməyib. Sonra həmin rəqəm 5 minə daha sonra isə 2 minə düşdü. Səhv etmirəmsə, ən son rəqəm 550 idi. Bu məsələyə yeni bir ad qoydular. “Diplomu dövlət nümunəli olmayan” müəllimlər”.

Mütəxəssis bildirib ki, məlum məsələyə dair islahatlar aparılsa da, tam şəkildə həll olunmayıb:

“Elm və Təhsil Nazirliyi nəzdində Təhsildə Keyfiyyət və Təminatı Agentliyi yaradılıb. Hazırda bu məslələr müəyyən qədər yoluna düşüb. Amma birmənalı şəkildə qeyd edə bilərik ki, bu günün özündə də saxta diplomla fəaliyyətini davam etdirən müəllimlər mövcuddur. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi keçirilsə də, diplomu dövlət nümunəli olmayan müəllimləri aradan qaldırmaq mümkün olmadı.

Onu da qeyd edim ki, 1990-cı illərdə saxta diplomlu müəllimlərin bir qismini işdən azad etdilər. Ondan sonra, həmin şəxslər məhkəməyə üz tutdular. Məhkəmənin qərarı ilə sözügedən müəllimlərin iş fəaliyyəti bərpa olundu. Saxta diplomlu müəllimlərə hələ də əncam çəkilməməsinin səbəblərindən biri də budur”.

İsrafilov müəllimlərin diplomlarının saxta hesab olunmasının səbəblərindən söz açıb:

“Ümumiyyətlə bu “saxta diplom” nədir? Hələ də bu məsləyə aydınlıq gətirilməyib. Keçmişdə marketlərdə və ya körpülərin altında elanlar vurulurdu. “Attestatla ali məktəblərə qəbul”, “Ödənişsiz xarici universitetlərə qəbul” və s. İnsanlar da bunlara inanıb, yalnız attestatla xaricə təhsil almağa gedirdilər. Təhsillərini bitirdikdən sonra vətənə qayıdanda ölkəmizdə Akkreditasiya və Nostrifikasiya İdarəsi onların diplomlarını tanımırdı. O vaxtlar Müəllimləri təkminləşdirmə İnstitutu mövcud idi. Bu İnstitut müəllimlərin ixtisas artırması və yenidən hazırlanması ilə məşğul olurdu. Sonradan onun adını dəyişib Müəllimlər İnstitutu etdilər. Buranı bir çox insan bitirib müəllim kimi fəaliyyətə başladı. Yadımdadır, Azərbaycanın müxtəlif regionlarında həmin institutun 12 filialı yaranmışdı. Daha sonra Korrupsiya idarəsi burada bir sıra yoxlamalar apardı və nəticədə filialların əksəriyyəti bağlandı. Məlumdur ki, oranı bitiriən müəllimlərin diplomları dövlət nümunəli hesab olunmadı. Məsələyə başqa cür yanaşanda görürük ki, müəllimlərin bəzilərinin saxta diplomlu hesab edilməkləri onların günahı deyil”.

Müsahibimizin sözlərinə görə diplomu dövlət nümunəli hesab olunmayan müəllimlərin çoxu xaricdə attestatla təhsil alanlardır:

“2000-ci illərin əvvəllərində saxta diplomlar tələbə köçürülmələri əsasında baş verirdi. Rusiyada bir neçə özəl universitetlər var idi ki, orada attestatla və ya başqa saxta yolla gedib təhsil alırdılar. Bir neçə müddət sözügedən ölkədə təhsil aldıqdan sonra yerdəyişmə yolu ilə Azərbaycanın hansısa üniversitetinə transfer olurdular. Ona görə də, müşahidə edirdik ki, məsələn, bir ixtisasın plan yeri 100 idisə, buraxılışda 150 nəfər məzun olurdu. Ona görə də diplomu dövlət nümunəli hesab olunmayan şəxslərin ən çoxu başqa ölkədə təhsil alıb, yerdəyişmə yolu ilə ölkəmizə qayıdanlardır. Əslinə qalsa, burada həmin insanları qınamaq olmaz. Onlar hardan bilsin ki, oxuduqları universitetlərin diplomu tanınmayacaq? Təhsildə Keyfiyyət və Təminatı Agentliyi yaranandan sonra hansı universitetlərin diplomu Azərbaycanda tanınması ilə bağlı məlumatlar dərc olunur. Bundan sonra saxta diplom məsələsində xeyli sabitləşməyə nail oldular”.

Oxşar xəbərlər

Bütün xəbərlər