Azərbaycanda tələbə vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Vüsal Niftəliyev vəfat edib.
"tehsilmedia.info"ın məlumatına görə, o, keçirdiyi xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, V.Niftəliyev AzTU-nun Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs magistr tələbəsi olub.



























