Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Macarıstanda və Çexiyada yaşayan azərbaycanlı gənclərlə silsilə tədbirlər keçirilib - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Macarıstanda və Çexiyada yaşayan azərbaycanlı  gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə ölkəmizin Macarıstandakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş "Azərbaycan xalqının Ümummili Lideri-Heydər Əliyev mirası" adlı gənclər forumu baş tutub.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Türkiyə, Rusiya və Qazaxıstan respublikalarının Macarıstanda olan səfirləri və eyni zamanda altı xarici ölkədən olan qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açaraq Azərbaycan xalqının ümummilli liderinin həyatı, zəngin və çox şaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, xaricdə, o cümlədən Macarıstanda yaşayan azərbaycanlılar Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlıdırlar.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Gənclər Gününün təsis edilməsinin əhəmiyyəti, eləcə də Ulu Öndər tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti barədə söz açıb. O, təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin digər türk dövlətlərinin gənclər təşkilatları ilə əməkdaşlıqlarına dair tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyevin, türkoloq Mariya Keneşinin, ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin və AYİD sədri Ramil Şükürovun çıxışları dinlənilib.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Səfər çərçivəsində Macarıstandakı Azərbaycan Evində  dəyirmi masa arxasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli, Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və AHAU-nun sədri Günay Bayramova azərbaycanlı gənclərlə görüşüb. Görüşdə gənclərin burada fəaliyyəti ilə bağlı mümkün imkanlar müzakirə olunub. Onların təklifləri və çətinlikləri dinlənilib.

Çexiyanın paytaxtı Praqa şəhərində isə ölkəmizin Çex Respublikasındakı səfirliyində gənclərlə görüş keçirilib. Azərbaycan Respublikasının Çex Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin gənclərə olan yüksək etimadının nəticəsidir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və ASAP-ın icraçı direktoru  Rafael Hacıbəylinin iştirak etdiyi görüşdə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyi çərçivəsində Çexiyada keçiriləcək tədbirlər müzakirə olunub.

Azərbaycanlı gənclərin Çex Respublikasında keçiriləcək tədbirlərlə bağlı təklifləri dinlənilib.

ASAP-ın Çexiyada yeni nümayəndəliyi formalaşdırılıb. Görüş zamanı ASAP nümayəndəliyi tərəfindən keçiriləcək tədbirlər planı müzakirə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər