Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Rəsədxana ilə 20 nömrəli məktəb-lisey arasında memorandum imzalanıb - FOTO

Aprelin 19-da Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, tədbirdə 20 nömrəli məktəb-liseyin təcrübəli müəllim kollektivi və rəsədxananın nümayəndə heyəti iştirak edib.

Memorandum çərçivəsində Astrofizika və Kosmologiyanın qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətində kadr hazırlığı, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.

Tədbirdə açılış nitqi çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva iştirakçıları salamlayaraq rəhbərlik etdiyi orta-ümumtəhsil məktəbinin fəaliyyətində elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 20 nömrəli məktəb-liseyin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyadakı xüsusi istedadlı gənclərin çoxsaylı məktəbli ixtiraları bir çox yerli və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.

Esmira Ağayeva onu da qeyd edib ki, məktəbin nəzdində, həmçinin Astronomiya dərnəyi də təşkil olunub ki, şagirdlərin fizika və astronomiya ilə bağlı müsabiqələrdəki uğurunda həmin dərnəyin xüsusi rolu var. Şamaxı Astrofizika Rəsədxanası ilə bu istiqamətdə əməkdaşlığın rəsmiləşdirilməsi isə birgə uğurlara daha böyük töhfə verəcəkdir.

Sonra çıxış üçün söz Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova verilib. Alim öz növbəsində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirib ki, elm təhsildən başlayır və öz sahəsində uğurlu fəaliyyəti ilə seçilən iki qurumun əməkdaşlığı çərçivəsində elm və təhsil arasında möhkəm sütunları olan körpü yaradılacağına inanır. Bu istiqamətdə indiyədək birgə görülmüş tədbirləri nümunə göstərən alim çıxışının yekununda astronomiyanın təbliği və təşviqinə göstərdiyi dəstəyə görə Esmira Ağayevaya "Təşəkkürnamə” təqdim edib.

Açılış nitqlərinin ardınca 20 nömrəli məktəb-liseyin infrastrukturu, fəaliyyəti və nailiyyətləri ilə bağlı video-çarx nümayiş etdirilib.

Daha sonra görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin perspektivləri müzakirə olunub.

Sonda Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilov və 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər