Xəbər lentiwidget-title-icon

5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ

5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..

Bu gün bir müəllimin qarşısında dayanıb ona gül verəcəyik, şəklini çəkəcəyik, gözəl sözlər söyləyəcəyik. Sabah isə, bəlkə də, onun illərlə çəkdiyi zəhməti, susduğu ağrıları, udduğu haqsızlıqları yenə unudacağıq...

Amma bir anlıq düşünün...

Hər birimizin həyatında bir müəllim olub. Əlimizdən tutub ilk hərfi yazdıran, səhvimizi düzəldən, yıxılanda ayağa qalxmağı öyrədən, bəzən öz övladından əsirgədiyi vaxtı bizə ayıran bir insan...

Bəlkə də, o müəllim evinə yorğun gedib, amma sabah yenə sinfə gülümsəyərək daxil olub. Bəlkə, öz dərdini heç kimə danışmayıb, amma şagirdinin gözündəki kədəri hamıdan əvvəl görüb. Bəlkə də, bir uşağın gələcəyinə işıq olmaq üçün öz ömründən bir parça verib...

Müəllimlik sadəcə peşə deyil, insanın öz ömrünü başqasının gələcəyinə çevirməsidir.

Ancaq acı bir həqiqət də var: müəllimi yalnız bayram günü xatırlamaq, ona bir buket gül verib vəzifəmizi bitmiş hesab etmək olmaz. Müəllimin hörməti təbriklərdə deyil, ona göstərilən münasibətdə, qorunan hüquqlarında, qiymətləndirilən əməyində və ləyaqətinə verilən dəyərdə görünməlidir.

Müəllimdən gələcəyin savadlı nəslini yetişdirməsini istəyiriksə, onun özünü də qayğı, ədalət və hörmət içində yaşatmalıyıq. Çünki müəllimin çiyninə yüklənən hər haqsızlıq sabah bir şagirdin taleyinə də toxuna bilər.

Bu gün bir müəllimin gözlərinə diqqətlə baxın. Orada neçə-neçə uşağın uşaqlığı, neçə-neçə ailənin ümidi, neçə-neçə insanın gələcəyi var. O gözlərdə bəzən sevinc də var, yorğunluq da, heç kimə deyilməyən bir ömrün səssiz hesabatı da...

Mən bu gün bütün müəllimlərin qarşısında baş əyirəm. Şagirdinin taleyinə öz taleyi kimi yanaşan, vicdanını vəzifəsindən üstün tutan, çətinliklərə baxmayaraq öyrətməkdən vaz keçməyən müəllimlərin qarşısında...

Və bir şeyi unutmayaq: bir müəllimin qədrini sağlığında bilməyən cəmiyyət, sabah yetişdirdiyi nəslin niyə dəyərini itirdiyini anlamaqda gecikə bilər.

Əziz müəllimlər, 5 Oktyabrınız mübarək olsun! Arzum budur ki, sizə yalnız bu gün deyil, ilin hər günü hörmət göstərilsin; yalnız təbrik edilməyəsiniz, həm də eşidiləsiniz, qorunasınız və əməyinizin həqiqi dəyərini görəsiniz.

Çünki müəllimə verilən ən böyük hədiyyə bir buket gül deyil — onun zəhmətinə layiq münasibət, qəlbinə toxunmayan ədalət və yetişdirdiyi şagirdin gözlərində gördüyü minnətdarlıqdır.

Müəllim, sən bir nəslin yaddaşında qalan izsən. O izə hörmət etmək isə təkcə bir günün deyil, bütöv bir cəmiyyətin borcudur!

Hörmətlə,
Sakit Muradov
Təhsilmedia.org-un baş redaktoru

Oxşar xəbərlər

Bütün xəbərlər