Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova

15 Sentyabr – Bilik Günü ölkəmizin ictimai və təhsil həyatında xüsusi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu gün məktəblərin qapıları şagirdlərin üzünə açılır, sinif otaqları uşaqların səsi ilə canlanır, yeni tədris ili, yeni məqsədlər və yeni ümidlər başlayır.

Bilik insanın həyat yolunu işıqlandıran ən böyük dəyərlərdən biridir. Savadlı və dünyagörüşlü nəsil ölkənin gələcəyinin ən mühüm təminatıdır. Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində hər zaman xüsusi diqqət göstərilib. Ümummilli Lider Heydər Əliyev təhsili xalqın gələcəyi üçün mühüm amil hesab edir, gənc nəslin savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə böyük önəm verirdi. Onun rəhbərliyi dövründə təhsil sahəsində mühüm addımlar atılmış, məktəblərin və təhsil infrastrukturunun inkişafına diqqət artırılmışdır. Heydər Əliyevin təhsil siyasətinin mühüm istiqamətlərindən biri də dərslik və tədris resurslarının əlçatanlığının təmin edilməsi olmuşdur.
Bu gün Ulu Öndərin müəyyən etdiyi təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsil islahatlarının yeni mərhələyə keçməsi, məktəb infrastrukturunun yenilənməsi, müasir təhsil mühitinin yaradılması, peşə və ali təhsilin inkişafı istiqamətində mühüm işlər həyata keçirildiyini göstərir.

"Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası" da təhsil sisteminin daha müasir və keyfiyyətli inkişafına yönəlmiş mühüm sənədlərdən biridir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, müasir avadanlıqlarla təmin edilir. Prezidentin çıxışlarında da təhsilin keyfiyyətinin yüksəldilməsi və islahatların davam etdirilməsi xüsusi vurğulanır.

Təhsil sahəsində həyata keçirilən böyük layihələrdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri vardır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına yönəlmiş çoxsaylı layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" kimi layihələr çərçivəsində müxtəlif bölgələrdə məktəb binaları tikilib və əsaslı təmir olunub, şagirdlərin daha yaxşı təhsil şəraiti ilə təmin olunmasına mühüm töhfələr verilib. Bu təşəbbüslər təhsilin yalnız məktəb binasından ibarət olmadığını, hər bir uşağın keyfiyyətli təhsil almaq imkanının təmin edilməsinin dövlət və cəmiyyət üçün mühüm vəzifə olduğunu göstərir. Son illərdə də Heydər Əliyev Fondunun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində məktəblərin tikintisi və yenidən qurulması davam etdirilir.
Məktəb isə yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır. Burada uşaqlar elm öyrənməklə yanaşı, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dostluq, əməkdaşlıq və məsuliyyət kimi mühüm keyfiyyətlər qazanırlar. Bu prosesdə müəllimin rolu əvəzsizdir. Müəllim şagirdin gələcəyinə istiqamət verən, onun istedadını üzə çıxaran, öyrənmək həvəsini gücləndirən və cəmiyyət üçün layiqli vətəndaş yetişdirən böyük bir şəxsiyyətdir.
15 Sentyabr həm də yeni başlanğıcların günüdür. Birinci sinfə qədəm qoyan balacaların həyəcanı, valideynlərin sevinci, müəllimlərin məsuliyyəti bu günü daha da xüsusi edir. Hər yeni dərs ili Azərbaycan təhsilinin gələcəyinə atılan yeni bir addımdır. İnanırıq ki, bu gün məktəb partalarında əyləşən şagirdlər sabah ölkəmizdə müxtəlif sahələrdə uğur qazanan, savadı, zəhməti və vətənpərvərliyi ilə Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olacaqlar. Bilikli gənclər güclü dövlətin ən böyük sərvətidir. Buna görə də təhsilə göstərilən diqqət və qayğı Azərbaycanın gələcəyinə qoyulan ən böyük sərmayədir.

15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdlərimizi, müəllimləri və valideynləri ürəkdən təbrik edir, hər kəsə yeni tədris ilində uğurlar, möhkəm can sağlığı, bol nailiyyətlər və yüksək nəticələr arzulayıram. Qoy məktəblərimiz daim elm, bilik, sevgi və uğur işığı ilə nurlansın! Qoy hər bir şagird öz arzularına inamla addımlasın və qazandığı biliklərlə doğma Azərbaycanın gələcəyinə layiqli töhfə versin. 15 Sentyabr – Bilik Günü mübarək!

Zöhrə Səmədova
Qamət Abbasov adına 284 saylı ümumtəhsil məktəbinin tarix müəllimi

Tehsilmedia.com

Oxşar xəbərlər

Bütün xəbərlər