Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Müəllimlər üçün yeni layihələr gəlir - Təhsil Şurasının sədri planları AÇIQLADI

- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri haqqında məlumat verə bilərsiniz?

- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri piramidasında ən yüksək zirvədə müəllimlərin peşəkar inkişafı məsələsi durur. Bunun üçün təhsil sahəsində aparılan ən yeni tədqiqatlar haqqında müəllimlərə məlumat vermək üçün pedaqoji təlimlərin, seminarların, ustad dərslərinin təşkili nəzərdə tutulur. Bu tədbirlər zamanı müəllimlərin müasir tədris metodikaları və rəqəmsal bacarıqlar üzrə proqramlarla daha dərindən tanış olmalarına imkan yaradılacaq. Bununla yanaşı müəllimlərlə motivasiya yönümlü tədbirlərin - “İlin müəllimi”, “İnnovativ müəllim” kimi müsabiqələrin keçirilməsi də diqqət mərkəzindədir.

Təhsil Şurası İctimai Birliyi müəllimlərlə yanaşı, şagird və tələbələrin inkişafına dəstək göstərməyi də öz fəaliyyətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirir. Bu istiqamətdə intellektual yarışların, olimpiadaların, debatların təşkili zəruri əhəmiyyət kəsb edə bilər. Şagird və tələbələrin həyata və peşə fəaliyyətinə daha yaxşı hazırlanması kontekstində karyera planlaşdırılması və liderlik bacarıqları üzrə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, sosial həssas qruplardan olan gənclərin təhsilə cəlb edilməsinə dəstək verilməsini də Təhsil Şurası İctimai Birliyi fəaliyyətinin önəmli addımlarından biri kimi dəyərləndirir.Müasir dövrdə insanların həyatında baş verən dəyişikliklər rəqəmsal transformasiya müstəvisində öz reallığını tapır. Bu tendensiya təhsil sahəsində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair tədbirlərin keçirilməsini, onlayn təlim platformalarının yaradılmasını, Rəqəmsal təhsil resurslarının hazırlanmasını zəruri edir. Təhsil Şurası İctimai Birliyi bu məsələlərə də fəaliyyətində önəm verməyi zəruri sayır.Pedaqoji prosesi inkişaf etdirməyin yollarından biri də qabaqcıl təcrübənin öyrənilməsi və kütləvi yayılmasıdır.

Rəqəmsal mühit dünyanı “kiçiltməyə” nail olmuşdur. Bu amil müxtəlif ölkələrin təhsil sistemini bir-birinə yaxınlaşdırmağa səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələri digər ölkələrin təhsil nailiyyətlərini modifikasiya edərək öz ölkələrində tətbiq edirlər. Məsələnin belə qoyuluşu dünya təhsil təcrübəsini öyrənməyi, əldə edilən nailiyyətlərindən yararlanmağı tələb etdiyi üçün Təhsil Şurasi İctimai Birliyi beynəlxalq əlaqələrin qurulmasına önəm verir. Bu konteksdə təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tövsiyələrin hazırlanması, xarici təhsil təşkilatları və assosiasiyaları ilə əməkdaşlığın qurulması, beynəlxalq konfrans və forumlarda müəllimlərin iştirakına kömək göstərilməsi, birgə layihələr və qrant proqramlarının hazırlanması nəzərdə tutulur.

Təhsil Şurasi İctimai Birliyinin fəaliyyətində sosial layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edəcək. Bu müstəvidə Qarabağ və Şərqi Zəngəzur bölgələrində təhsilin inkişafına dəstək proqramlarının hazırlanması, həmin bölgələrdə fəaliyyət göstərən məktəblər üçün kitab və avadanlıq kampaniyalarının təşkil edilməsi, təhsil könüllüləri şəbəkəsinin yaradılması, “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində müxtəlif ərazilərdə yaşayan şagirdlərin həmin bölgələrə maarifləndirici məzmun daşıyan səyahətlərinin təşkil edilməsi nəzərdə tutulub.Namaz vaxtları
Əlaqə

Redaktor.az

Müəllimlər üçün yeni layihələr gəlir - Təhsil Şurasının sədri planları AÇIQLADI

Elm və təhsil 13:53 08.07.2026 151
Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların uğurla davam etdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsildə ictimai təşəbbüslərin gücləndirilməsi bu günün əsas prioritetlərindəndir. Bu istiqamətdə fəaliyyət göstərən ən nüfuzlu qeyri-hökumət təşkilatlarından biri olan Təhsil Şurası İctimai Birliyi yeni mərhələyə qədəm qoyub.

Təhsil Şurası İctimai Birliyinin yeni sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə ilə söhbətimizdə təşkilatın yaranma tarixi, qarşıya qoyduğu məqsədlər, müəllimlərin və gənclərin inkişafına yönəlmiş layihələr, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlıq və gələcək fəaliyyət planları barədə ətraflı danışdıq.

Redaktor.az azedu.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Hikmət müəllim, Siz Təhsil Şurası İctimai Birliyinin sədri seçilmisiniz. Şura haqqında qısa məlumat vermənizi xahiş edirik.

- Təhsil Şurası İctimai Birliyi 25 sentyabr 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. İctimai Birlik yaradıldığı vaxtdan Azərbaycan Respublikasının təhsil siyasətini rəhbər tutaraq təhsil müəssisələrində müxtəlif maarifçilik fəaliyyəti ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarına öz töhvəsini vermişdir. Onun ilk sədri prof. Əjdər Ağayev olmuşdur. Cari ilin fevral ayında İctimai Birliyin ümumi yığıncağında növbəti beş il üçün idarə heyətinin üzvləri, sədr və müavinləri seçilmişdir. 4 may 2026-ci il tarixində Təhsil Şurası İctimai Birliyi Ədliyyə Nazirliyində yeni qeydiyyatdan keçmişdir. Yeni seçilmiş heyət Təhsil Şurası İctimai Birliyinin Nizamnaməsinə müvafiq olaraq, ölkəmizdə həyata keçirilən təhsil islahatlarına dəstək göstərməyi öz fəaliyyətinin prioritet istiqaməti hesab edir.

- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri haqqında məlumat verə bilərsiniz?

- Təhsil Şurası İctimai Birliyinin fəaliyyət istiqamətləri piramidasında ən yüksək zirvədə müəllimlərin peşəkar inkişafı məsələsi durur. Bunun üçün təhsil sahəsində aparılan ən yeni tədqiqatlar haqqında müəllimlərə məlumat vermək üçün pedaqoji təlimlərin, seminarların, ustad dərslərinin təşkili nəzərdə tutulur. Bu tədbirlər zamanı müəllimlərin müasir tədris metodikaları və rəqəmsal bacarıqlar üzrə proqramlarla daha dərindən tanış olmalarına imkan yaradılacaq. Bununla yanaşı müəllimlərlə motivasiya yönümlü tədbirlərin - “İlin müəllimi”, “İnnovativ müəllim” kimi müsabiqələrin keçirilməsi də diqqət mərkəzindədir.

Təhsil Şurası İctimai Birliyi müəllimlərlə yanaşı, şagird və tələbələrin inkişafına dəstək göstərməyi də öz fəaliyyətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirir. Bu istiqamətdə intellektual yarışların, olimpiadaların, debatların təşkili zəruri əhəmiyyət kəsb edə bilər. Şagird və tələbələrin həyata və peşə fəaliyyətinə daha yaxşı hazırlanması kontekstində karyera planlaşdırılması və liderlik bacarıqları üzrə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, sosial həssas qruplardan olan gənclərin təhsilə cəlb edilməsinə dəstək verilməsini də Təhsil Şurası İctimai Birliyi fəaliyyətinin önəmli addımlarından biri kimi dəyərləndirir.

Müasir dövrdə insanların həyatında baş verən dəyişikliklər rəqəmsal transformasiya müstəvisində öz reallığını tapır. Bu tendensiya təhsil sahəsində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair tədbirlərin keçirilməsini, onlayn təlim platformalarının yaradılmasını, Rəqəmsal təhsil resurslarının hazırlanmasını zəruri edir. Təhsil Şurası İctimai Birliyi bu məsələlərə də fəaliyyətində önəm verməyi zəruri sayır.Pedaqoji prosesi inkişaf etdirməyin yollarından biri də qabaqcıl təcrübənin öyrənilməsi və kütləvi yayılmasıdır.

Rəqəmsal mühit dünyanı “kiçiltməyə” nail olmuşdur. Bu amil müxtəlif ölkələrin təhsil sistemini bir-birinə yaxınlaşdırmağa səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələri digər ölkələrin təhsil nailiyyətlərini modifikasiya edərək öz ölkələrində tətbiq edirlər. Məsələnin belə qoyuluşu dünya təhsil təcrübəsini öyrənməyi, əldə edilən nailiyyətlərindən yararlanmağı tələb etdiyi üçün Təhsil Şurasi İctimai Birliyi beynəlxalq əlaqələrin qurulmasına önəm verir. Bu konteksdə təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tövsiyələrin hazırlanması, xarici təhsil təşkilatları və assosiasiyaları ilə əməkdaşlığın qurulması, beynəlxalq konfrans və forumlarda müəllimlərin iştirakına kömək göstərilməsi, birgə layihələr və qrant proqramlarının hazırlanması nəzərdə tutulur.

Təhsil Şurasi İctimai Birliyinin fəaliyyətində sosial layihələrin həyata keçirilməsi xüsusi önəm kəsb edəcək. Bu müstəvidə Qarabağ və Şərqi Zəngəzur bölgələrində təhsilin inkişafına dəstək proqramlarının hazırlanması, həmin bölgələrdə fəaliyyət göstərən məktəblər üçün kitab və avadanlıq kampaniyalarının təşkil edilməsi, təhsil könüllüləri şəbəkəsinin yaradılması, “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində müxtəlif ərazilərdə yaşayan şagirdlərin həmin bölgələrə maarifləndirici məzmun daşıyan səyahətlərinin təşkil edilməsi nəzərdə tutulub.

Fəaliyyətinin daha səmərəli məzmun kəsb etməsi üçün Təhsil Şurası İctimai Birliyi ictimai maarifləndirmə məsələlərinə də xüsusi önəm verir. Bu istiqamətdə təhsilin aktual problemləri ilə bağlı televiziya, radio və sosial mediada müxtəlif layihələrin həyata keçirilməsi, valideynlər üçün maarifləndirici seminarların təşkili, təhsil mövzusunda elektron jurnal və ya bülletenin nəşr edilməsi də diqqət mərkəzindədir.

- Hikmət müəllim fəaliyyət planlarınız genişdir. Nəzərdə tutduğunuz işlərin həyata keçirilməsində Sizə və İctimai Birliyin bütün üzvlərinə uğurlar arzu edirik.

- Çox sağ olun. Minnətdaram.

Oxşar xəbərlər

Bütün xəbərlər