Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

Yeni qəbul olan tələbələrdən kağız sənəd istəyən universitetlər - SORĞU

Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin elektron portal qeydiyyatı ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi universitetlər qeydiyyatın yalnız my.gov.az portalı üzərindən elektron qaydada aparıldığını qeyd edir, bəzi ali təhsil müəssisələrində isə müəyyən sənədlərin sonradan təqdim olunması tələb edilir.

Tehsilmedia.com xəbər verir ki, Azedu.az mövzu ilə bağlı bir sıra universitetlərə sorğu ünvanlayaraq yeni qəbul olunan tələbələrin qeydiyyatı zamanı my.gov.az portalı üzərindən elektron qeydiyyatdan əlavə, hər hansı kağız formada sənədin təqdim edilməsinin tələb olunub-olunmadığını öyrənib.

Xəzər Universitetindən verilən məlumata əsasən, tələbələrin sənədləri kağız formada da qəbul edilir:

"Artıq qəbul olmuş tələbələr sənədlərini universitetə təqdim edirlər. Tələb olunan sənədlər arasında 4 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış və attestatın notarial təsdiqli surəti yer alır".

Bakı Avrasiya Universitetinin (BAAU) açıqlamasına görə, yeni qəbul olunan tələbələrin qeydiyyatı my.gov.az portalı üzərindən aparılır:

"Bununla yanaşı, müəyyən sənədlərin, o cümlədən attestatın əslinin universitetə təqdim edilməsi tələb olunur. Universitetdə tələbələrin şəxsi işlərinin formalaşdırılması üçün əlavə məlumatlar da toplanılır".

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, ilkin qeydiyyat zamanı heç bir kağız sənəd tələb olunmur:

"Tələbələrin sağlamlığı nəzərə alınaraq, sağlamlıq haqqında arayışın dərslər başladıqdan sonra təqdim edilməsi nəzərdə tutulur".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məlumatına əsasən, yeni qəbul olunan tələbələrdən heç bir kağız sənəd tələb olunmur və onların universitetə yaxınlaşmasına ehtiyac yoxdur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə elektron qeydiyyatın my.gov.az portalı üzərindən tamamlanmasının kifayət etdiyi vurğulanıb.

Azərbaycan Universitetindən (AU) verilən məlumata görə, my.gov.az vasitəsilə qeydiyyatdan keçmək üçün hər hansı sənəd tələb olunmur:

"Sistemə daxil edilən məlumatlar müvafiq şöbə tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra qeydiyyat tamamlanır".

Bakı Mühəndislik Universitetində (BMU) qeydiyyatın yalnız elektron qaydada, my.gov.az portalı üzərindən aparıldığı diqqətə çatdırılıb. Əlavə olaraq hər hansı kağız formada sənəd tələb edilmir.

Bakı Slavyan Universitetindən (BSU) isə sorğumuza cavab olaraq qeyd edilib ki, yeni qəbul olunan tələbələrin qeydiyyatı zamanı heç bir sənəd tələb edilmir.

Azərbaycan Tibb Universitetindən (ATU) bildirilib ki, universitetə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək həyata keçiriləcək".

"Azərbaycan Tibb Universitetinə qəbul olunan tələbələr isə my.gov.az-da qeydiyyatdan keçdikdən sonra müvafiq sənədləri Səməd Vurğun küçəsi 163 ünvanında yerləşən universitet korpuslarına təqdim etməlidirlər.

Sənəd qəbulu zamanı 2026-cı ilin məzunlarından elektron çap olunmuş attestat, əvvəlki illərin məzunlarından attestatın əsli, 3x4 ölçüdə 4 ədəd foto, şəxsiyyət vəsiqəsinin 2 surəti, DİM-dən qəbul sənədinin çap olunmuş variantı, yaşayış yerindən arayış, oğlanlar üçün hərbi sənəd, ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi və imtiyazı olan şəxslər üçün notarial təsdiqli imtiyaz sənədinin surəti tələb olunur.

18 yaşına çatmamış abituriyentlər sənəd qəbulu zamanı valideyn və ya himayəçisi ilə iştirak etməlidirlər. Müəyyən olunmuş müddətdə my.gov.az portalında qeydiyyatdan keçməyən şəxslərin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq".

Beləliklə, sorğuya cavab verən universitetlər arasında qeydiyyat prosesi ilə bağlı fərqli yanaşmaların olduğu görünür. Bəzi ali təhsil müəssisələrində bütün proses elektron qaydada aparıldığı halda, bəzi universitetlər tələbələrin şəxsi işlərinin formalaşdırılması üçün müəyyən sənədlərin kağız formada təqdim edilməsini istəyir.

Oxşar xəbərlər

Bütün xəbərlər