Xəbər lentiwidget-title-icon

Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

ADPU qeydiyyatla bağlı tələbələrdən kağız sənədlər tələb edir?

ADPU qeydiyyatla bağlı tələbələrdən kağız sənədlər tələb edir?

Azərbaycan Dövlət Pedaqoji Universiteti qeydiyyatla bağlı tələbələrdən kağız formada sənədlər tələb edir.

Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət edib. Lakin hələ də tələbələrdən müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etmələri tələb olunur: “Kağızdan imtina ilə bağlı universitetlərə müraciətdə bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi. Magistraturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğruldub. Belə ki, on minlərlə tələbədən paralel olaraq kağız sənədlər tələb edilməyib”

Bəs, bakalavrlarla bağlı vəziyyət necədir?

Ekspert qeyd edib ki, universitetlərə qeydiyyat başlayandan sonra aparılan qısa araşdırma ilə vəziyyətin müsbət istiqamətdə xeyli dəyişdiyini görüb: “Sosial mediada universitetlərin qəbul elanlarından görünür ki, yeni qəbul olanlar qeydiyyat üçün yalnız ETN-in portal.edu.az rəqəmsal platformasına yönləndirilir. Hələlik yalnız bir universitetin elanında qeyri-adi bir durumla rastlaşdım. ADPU rəhbərliyi tələbələri qeydiyyatla bağlı həmin portala yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər: “Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”.

Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir. ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm, hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır”.

Qeyd edək ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi:

1. Mərkəzləşdirilmiş qaydada, ETN-in portal.edu.az platforması vasitəsilə;
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər;
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər.

Oxşar xəbərlər

Bütün xəbərlər